Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

İraq əsgərləri Assuriya mədəniyyətinin daşıyıcısı, Nimrud antik şəhərini İslam Dövləti qruplaşmasından (İŞİD) geri alıb.

Xəbəri İraq hökuməti yayıb.

İŞİD bu qədim şəhəri iki il əvvəl ələ keçirəndə buldozerlərlə vəpartlayıcılarla tarixi əsərləri dağıtmışdı. Minillik tarixi olan heykəllər isə ağır çəkiclərlə parçalanmışdı.

Nimrud şəhəri Mosulun 30 kilometrliyində yerləşir. Şəhərin tarixi eramızdan əvvəl 13-cü əsrə aiddir.

İslam Dövləti qruplaşması (İŞİD) Mosulu da iki il əvvəl ələ keçirib. Oktyabr ayında İraq ordusu Mosulun azad edilməsi əməliyyatına başlayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG