Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:05

Iraq qoşunu Mosul mərkəzinin 7 km-də olan aeroporta doğru irəliləyir.

Leytenant-general Raid Shakir Jawdat deyib ki, təhlükəsizlik qüvvələri Mosulun 15 km-də olan Hammana nəzarət edir.

O deyib ki, başqa bir İraq qoşunu də Tıqrıs çayı sahillərinə doğru gedir. Bu isə aeroportdan 4 km-dədir.

Jawdat bildirib ki, onun qoşunu yaraqlıların 17 silah yüklü maşınını məhv edib.

Onun sözlərinə görə, hökumət qoşunlarının Hamman-ı ələ keçirməsi çox vacib idi, çünki Mosula çatmaq üçün sonuncu şəhər idi.

İraqın baş naziri Haidar al-Abadi noyabrın 5-də deyib ki, Mosulda yaraqlıların əlində olan girovları tezliklə azad edəcəklər.

Abadi hesab edir ki, Mosulun nəzərdə tutulduğu vaxtdan da tez azad olunması gözlənir.

Ancaq hələ ki, hökumət Mosulun az hissəsinə nəzarəti bərpa edə bilib.

Özünü “İslam dövləti” adlandıran qüvvələr Mosulu 2014-cü ildə ələ keçirib. O zaman burda 2 milyon adam məskunlaşmışdı.

Məlumtlara görə, hələ də 1 milyon sakin şəhərdədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG