Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:33

İslam Dövləti qruplaşması (İŞİD) İraqın Mosul şəhərində 40 nəfər dinc sakini edam edib.

İraq ordusuna casusluqda ittiham olunan dinc sakinlər başqalarına ibrət olsun deyə, elektrik dirəklərinə asılıb.

Xəbəri BMT-nin Cenevrədəki İnsan Haqları üzrətəmsilçiliyi yayıb.

BMT İŞİD-in gənc və uşaq yaşda olan oğlanlara zorla partlayıcı jiletlər geydirib onlardan intiharçı hazırlaması haqda da məlumat yayıb.

Bu arada İraq ordusunun azad etdiyi Hamam el Alil kəndində azı 100 cəsədin olduğu kütləvi məzarlıq da açkar edilib.

BMT təmsilçisi Ravina Shamdasani bildirib ki, bu cür kütləvi edamlar bir neçə dəfə törədilib.Cəsədlərsə Dəclə çayında, quyular və fabriklərin həyətlərində aşkar edilib.

İslam Dövləti qruplaşması (İŞİD) İraqın Mosul şəhərini 2014-cü ilin yayında ələ keçirmişdi. Bu ilin oktyabrında İraq ordusu şəhərin azad edilməsi əməliyyatına başlayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG