Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

İranda məmurların yüksək maaşı insanları qəzəbləndirib


İran. Khamenei və Hassan Rouhani

İran. Khamenei və Hassan Rouhani

İranda dövlət məmurlarının astronomik məbləğlərdə maaş almasından xəbər tutan xalq qəzəblənib. Bu, xalqın bu vaxta qədər prezident Hassan Rouhaniyə göstərdiyi dəstək və etimada xələl gətirə bilər. Yanvar ayında beynəlxalq sanksiyaların aradan qaldırılmasında sonra vəziyyət bir qədər yaxşılaşsa da ümumilikdə İran iqtisadiyyatında durğunluq davam edir.

Məmurlara ödənilən maaşların məbləği və xalqın qəzəbi mövzusu ölkə qəzetlərinin ön səhifələrindən düşmür. Hətta dövlət sığorta qurumunun rəhbəri Mohammad Ebrahim Amin istefa verməli olub.

Qalmaqal ilk dəfə məmurlara ödənən maaşların siyahısının İnternetə sızması ilə başlayıb. Bu sənədlərdən görünürdü ki, dövlət sığorta şirkətində bir sıra yüksək vəzifəli işçilərin aylıq məvacibi ən aşağı hökumət maaşından 50 dəfə çoxdur.

Ötən həftə prezident Rouhani vitse-prezident Eshaq Jahangiriyə bu məsələni araşdırmaqla bağlı tapşırıq verib. Rouhaninin siyasi opponentləri bu məsələdən istifadə edərək onsuz da ötən il imzalanmış nüvə sazişinin iqtisadi faydalarını nümayiş etdirməklə bağlı çətinlik çəkən prezidentə hücum etməyə çalışırlar.

Rouhani vitse-prezidentə yazdığı məktubda məmurların çox yüksək maaşlarına görə əvvəlki hakimiyyəti günahlandırmağa çalışıb. Lakin o həm də qeyd edib ki, bu maaşlar «hökumətin etik və ədalətli dəyərləri baxımından qəbuledilməzdir».

Amin istefa verməzdən əvvəl izahat verməyə çalışaraq deyib ki, sözügedən sənədlərdəki məbləğlər işçilərin ötən illərdən qalmış borc maaşlarını da ehtiva edir. Ancaq hökumətin digər departamentlərindəki maaşlara dair üzə çıxmaqda davam edən yeni sənədlər belə demir.

Dövlət sığorta şirkətinin maaş siyahısını kimin sızdırdığı məlum deyil. Sənəddə əks olunan maaşlardan biri ayda 870 milyon İran rialı (25000 dollar) məbləğindədir. Ən aşağı hökumət maaşı isə 9 milyon rialdır (260 dollar) İran qanunlarına görə hökumət məmurunun ən yüksək maaşı ən aşağı hökumət maaşının 10 mislini keçməməlidir.

Bu qalmaqal Rouhani üçün çətin vaxta təsadüf edir. Belə ki, nüvə razılaşması və sanksiyaların aradan qaldırılmasından sonra gözlənilən iqtisadi artım hələ baş verməyib. Valyuta mübadiləsi bazarında müəyyən sabitlik yaransa da İran iqtisadiyyatında durğunluq davam edir. Son aylar ərzində ölkə boyu işçilər daha yüksək maaş və təqaüd tələb edirlər.

Bu yaxınlarda Tehranda olmuş BVF rəsmisi David Lipton deyir ki, Rouhani ölkədə inflyasiyanın səviyyəsini uğurla aşağı salmağa nail olub. Belə ki, əgər onun prezident seçildiyi 2013-cü ildə bu göstərici 45% idisə hazırda 8%-ə düşüb. Lipton Rouhaninin ağır şəraitdə makroiqtisadi sabitliyi bərpa etmək səylərini yüksək qiymətləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG