Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:35

İran Suriya danışıqlarında iştirak edəcək


İranın xarici işlər naziri Mohammad Javad Zarif (Foto arxivdəndir)
İranın xarici işlər naziri Mohammad Javad Zarif (Foto arxivdəndir)

Bu, prezident Bashar al-Assad-ın əsas beynəlxalq dəstəkçisi olan İranın Suriyaya dair çoxtərəfli danışıqlarda ilk iştirakı olacaq.

Tehran bildirib ki, xarici işlər naziri Mohammad Javad Zarif Vyanada Suriya münaqişəsinin çözümünə dair bu həftə keçiriləcək beynəlxalq danışıqlarda iştirak edəcək.

Bu, prezident Bashar al-Assad-ın əsas beynəlxalq dəstəkçisi olan İranın Suriyaya dair çoxtərəfli danışıqlarda ilk iştirakı olacaq.

Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyənin iştirak edəcəyi danışıqlara oktyabrın 29-da başlanacaq.

Bu, prezident Bashar al-Assad-ın əsas beynəlxalq dəstəkçisi olan İranın Suriyaya dair çoxtərəfli danışıqlarda ilk iştirakı olacaq.

Bunun ertəsi gün genişləndirilmiş danışıqlar masasına İran, İraq, Misir, Livan və bir sıra başqa regional dövlətlər gələcək.

Danışıqlarda Avropa İttifaqını xarici siyasət komissarı Federica Mogherini təmsil edəcək.

İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, cənab Zarif-i bu danışıqlarda onun üç müavini müşayiət edəcək.

İran-ABŞ görüşü istisna edilmir

İrandan alınan məlumatlarda deyilir ki, İran, Rusiya və Avropa İttifaqının nümayəndə heyətləri sammitin kuluarlarında görüş keçirəcəklər.

İran XİN-in sözçüsü bunu da qeyd edib ki, İran və ABŞ nümayəndə heyətlərinin görüşü də istisna edilmir.

Sergei Lavrov (sağda) və Mohammad Javad Zarif
Sergei Lavrov (sağda) və Mohammad Javad Zarif

Zarif və Rusiyanın xarici işlər naziri Lavrov oktyabrın 28-də Suriya münaqişəsini və danışıqlarda tutulacaq mövqelərini telefonla müzakirə ediblər.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Moskva Suriya danışıqlarının “geniş dialoq formatında” aparılmasını istəyir.

Oktyabrın 28-də Ağ Evin sözçüsü Eric Schultz da deyib ki, ABŞ Suriya münaqişəsinin çözümü istiqamətində Rusiya və İran da daxil,istənilən ölkə ilə əməkdaşlığa hazırdır.

Bu arada Suriyada Assad-a qarşı döyüşən qüvvələr bildiriblər ki, İranın Vyana danışıqlarında iştirakı münaqişənin çözümü barədə qərarın qəbulunu son dərəcə çətinləşdirə bilər.

Assad-ın gedişi üçün “dəqiq qrafik”

İran Dəməşq rejiminə maliyyə və hərbi dəstək verməkdə davam edir. Müşahidəçilər son vaxtlar Suriya münaqişəsində iştirak edən “İran hərbi müşavirləri”nin artdığını xəbər verirlər.

Öz növbəsində Rusiya da Assad rejiminə geniş dəstək verir. Rusiya oktyabrın 28-də bildirib ki, onun hərbi təyyarələri son 24 saat ərzində “terrorçu” mövqelərinə 118 raket zərbəsi endirib.

İran və Rusiya bu mövqedədirlər ki, hazırkı prezident Bashar al-Assad Suriyada qurulacaq keçid hökumətində iştirak etməlidir.

ABŞ dövlət katibinin müavini Tony Blinken deyib ki, Vaşinqton Vyana danışıqlarından “böyük və ya həlledici nəticələr” gözləmir

Qərb ölkələri Assad-ın prezident kreslosunu tərk etməsini tələb edirlər. Oktyabrın 28-də Fransanın xarici işlər naziri Laurent Fabius bəyan edib ki, Qərb müttəfiqləri Assad-ın vəzifədən getməsi barədə “dəqiq qrafik” məsələsində razılığa gəliblər.

Bununla belə, ABŞ dövlət katibinin müavini Tony Blinken deyib ki, Vaşinqton Vyana danışıqlarından “böyük və ya həlledici nəticələr” gözləmir.

O deyib ki, başlıca vəzifə Suriyada siyasi keçidin xarakteri barədə razılaşmanın əldə edilməsidir.

Səudiyyə Ərəbistanı Vyana danışıqlarında Rusiya və İranın Suriya çözümünə nə dərəcədə sadiq olduqlarına əmin olmaq üçün iştirak edəcəyini bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG