Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:20

İranlı qadınlar velosipedi yasaqlayan fitvaya etiraz edirlər


Iranda velosipedçi qadınlar, 2011
Iranda velosipedçi qadınlar, 2011

İranda qadınların ictimai yerlərdə velosiped sürməsini qadağan edən fitva verilib. Bu, iranlı qadınların etirazına səbəb olub.

Onlar Feysbukda yaratdıqları səhifədə velosiped sürən yerdə çəkilmiş fotolarını paylaşıblar.

Ölkənin ali dini lideri Ayatollah Ali Khamenei bu yaxınlarda qadınların ictimai yerlərdə velosiped sürməsinin qadağan olduğunu bildirib.

Bu məsələ ilin əvvəllərində, fəallar “Avtomobilsiz çərşənbə axşamı” kampaniyasına başlayanda gündəmə gəlib.

Həmin kampaniyada məqsəd havanı çirkləndirməmək üçün insanları eşiyə maşınsız çıxmağa şövqləndirmək olub.

Qadınlar bu kampaniyaya velesipedlə qoşulanda isə bu bir sıra din xadimlərin xoşuna gəlməyib.

Ana və qızının velesiped sürən yerdə bazar ertəsi Feysbukda yerləşdirdikləri videoya 98 min baxış olub.

Kampaniyanın Nyu-Yorkda yaşayan təşkilatçısı xanım Masih Alinejadın sözlərinə görə, qadınlar təslim olmaq fikrində deyillər, çünki velesiped sürməyi qanunu hüquqları sayırlar.

Alinejad 21-ci əsrdə qadınlara qarşı velə bir fitva verilməsini ayıb sayır.

Iranda velosipedçi qadın, 2011
Iranda velosipedçi qadın, 2011

“2016-cı ildə bir qrup qadının ictimai yerlərdə velosiped sürməyə görə həbsini və ya bunu bir də etməyəcəkləri barədə onlardan yazılı iltizam alındığını eşitmək qəbuledilməzdir. İnstagram səhifəsi ilə iranlı qadınlarla həmrəy olduğumu bildirdim, bundan sonra onlardan çoxlu belə fotoşəkillər və videolar aldım. Onlar bundan şoka düşüb və etiraz eləmək istəyirlər”, deyə o, vurğulayır.

Masih Alinejad deyir ki, İranın cinayət məcəlləsində velosiped sürməyə görə cəza nəzərdə tutulmur, amma bu vəziyyətdə qanunun sərtliyindən qadınlara qarşı istifadə edilir: "İran qadınları cəmiyyətdə fəal olmaq istəyirlər. Amma bu dini xadimlər üçün böyük təhlükədir, çünki onlar hesab edirlər ki, qadın görünməməli, eşidilməməlidir, mətbəxdə qaxılıb qalmalıdır”.

Alinejad sonda yazır ki, bərabərlik uğunda mübarizə tarixi prosesdir və Avropa ilə ABŞ-da qadınlar məhz bu cür məqsədlərinə çatıblar. İran qadınları da buna nail olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG