Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:06

İranın nəğməkar şairi məhbəsə salındı


Yaghma Golruyi
Yaghma Golruyi

İranın tanınmış şairi və bəstəkarı Yaghma Golruyi-nin saxlandığı yer barədə ailəsinə xəbər verilmir

AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, İranın tanınmış şairi və bəstəkarı bəlli olmayan səbəblərə görə Tehranda həbs edilib.

Xanımı Athena Habibinin sosial şəbəkədə yaydığı xəbərə görə, 40 yaşlı Yaghma Golruyi İran paytaxtındakı mənzilində həbs olunub.

Xanım Habibi ərinin təhlükəsizlik əməkdaşları tərəfindən naməlum istiqamətdə aparıldığını xəbər verib.

"İndiyədək ondan xəbər yoxdur və biz onun səhhətindən bərk narahatıq” – yazıb Habibi özünün İnstagram hesabından.

Golnaz Esfandiari yazır ki, İran polisi adamları çox vaxt heç bir izahat verilmədən həbs edir.

Habibi dostlarını və tanışlarını bu xəbəri yaymağa, lakin mümkünsə, heç bir şərh yazmamağa çağırır.

Məqalədə deyilir ki, İranda son vaxtlar bir neçə rəssam, jurnalist və fəal həbs edilib.

“Həbsxanadakı xoşbəxtlik”

Golruyi-yə gəlincə isə, onun yaradıcılığı ölkən daxilində və xaricində yaxşı tanınır.

“Biz hətta həbsxanada da xoşbəxt və şənik” deyilir mahnıda

Onun mahnı və şeirləri sürgündəki pop və rep müğənniləri tərəfindən geniş ifa olunur.

Bu həbsdən bir qədər əvvəl İranın Mədəniyyət Nazirliyi əsərləri xaricdəki farsdilli televizya kanallarından verilən sənətçilərə xəbərdarlıq etmişdi.

Nazirliyinin sözçüsü Hossein Nushabadi demişdi ki, xarici yayınçılarla əməkdaşlıq edənlərə qarşı hüquqi qaydada ölçü götürüləcək.

Golruyi mart ayında “Azadlıq” adlı mahnısını buraxmışdı. Bu mahnıda onlara qarşı diskriminasiya və məhdudiyyətlərə baxmayaraq uğurlar əldə etmiş qadınlardan söz açılır.

“Biz hətta həbsxanada da xoşbəxt və şənik” deyilir mahnıda.

26 il və 421 şallaq

Ötən oktyabrda İranda iki şair və bir kinorejissor həbs edilmişdi. Onlara qarşı “müqəddəs anlayışların” təhqiri və naməhrəmlərlə əl-ələ vermək ittihamı irəli sürülmüş və onlar 26 il yarım azadlıqdan məhrum edilmişdilər. Onlara əlavə olaraq 421 şallaq cəzası da kəsilmişdi.

Ötən ay İran kəşfiyyatının qüdrətli qolu olan İslam İnqilab Keşikçiləri Korpusu beş jurnalisti həbs edib.

Hakimiyyət bildirir ki, bu həbslər Birləşmiş Ştatlardan gələn təbliğatın qarşısının alınması üçün həyata keçirilib.

Noyabr ayında həmçinin “The Washington Post” qəzetinin müxbiri Jason Rezaian qeyri-müəyyən müddətə azadlıqdan məhrum edilib.

Məhkum edilən sənət adamları arasında karikaturaçı Hadi Heidari də var.

XS
SM
MD
LG