Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:07

“Fələstin və Qarabağ məsələsi fərqlidir” - İran səfiri


Ermənistan - Ermənistan prezidenti Serzh Sarkisian (sağda) və İranın enerji naziri Majid Namjoo Araz çayı üzərində su-elektrik stansiyasının tikintisi sahəsində. Mehri rayonu, 8 noyabr, 2012

Ermənistan - Ermənistan prezidenti Serzh Sarkisian (sağda) və İranın enerji naziri Majid Namjoo Araz çayı üzərində su-elektrik stansiyasının tikintisi sahəsində. Mehri rayonu, 8 noyabr, 2012

►“Düşünmürəm ki, İran Qarabağ münaqişəsi ilə bağlı ikili mövqe nümayiş etdirir”.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin iyunun 14-də Milli Məclisdə ölkəsinin əleyhinə səslənən fikirlərə cavab verərkən jurnalistlərə açıqlamasında belə deyib.

Turanın xəbərinə görə, Səfir vurğulayıb ki, İranın münaqişə ilə bağlı mövqeyi uzun illər ərzində dəyişməyib.

“Biz beynəlxalq təşkilatlarda daim Azərbaycanın yanında olmuşuq. Bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik. Regionda müharibənin yenidən alovlanmasını istəmirik.” - deyən səfir Fələstin problemi ilə Qarabağ münaqişəsi arasında paralellər aparıb.

O, vurğulayıb ki, Fələstin və Qarabağ məsələsi tamamilə fərqlidir:

“Biz düşünürük ki, İsrail rejimi saxta rejimdir və bütün dünya üçün təhlükədir. Bu səbəbdən də bu rejim dəyişməli, Fələstin xalqı öz torpaqlarına sahib olmalıdır. Bu gün Qəzza əhalisi blokada şəraitindədir. İsrail rejimi onlara qida və dərmanların çatdırılmasına mane olur. Mən hesab edirəm ki, bu iki münaqişəsini müqayisə etmək düzgün deyil”.

İki gün əvvəl ölkə parlamentində bəzi deputatlar İranın Ermənistana viza rejimini ləğv etməsinə görə, bu ölkəni sərt tənqid etmişdilər. Deputatlar deyirdilər ki, İran Fələstin münaqişəsində göstərdiyi həssaslığı Qarabağ münaqişəsində göstərmir.

Deputatlardan Qüdrət Həsnquliyevin bildirməsinə görə, İran rəsmiləri söhbətlərində bildirirlər ki, siz niyə İsraillə əməkdaşlıq edirsiniz.

“Biz İsraillə ona görə əməkdaşlıq edirik ki, İsraildən silah alaq və torpaqlarımızı işğaldan azad edək. Bəs İran Ermənistanla niyə əməkdaşlıq edir?“

Başqa bir deputat Fazil Qəzənfəroğlu isə demişdi ki, İran Azərbaycanın müstəqilliyini istəmir. Spiker Oqtay Əsədov isə bəyan etmişdi ki, İran hansı siyasəti yeridirsə o cavabı da alacaq.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 iyun)

“Azadlığa buraxılanların bəziləri yenidən həbs olunmaq riskilə üz-üzədir.”

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 iyun)

“Formula-1”ə 300 milyon xərclənib?

Günün bütün mövzuları

XS
SM
MD
LG