Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:57

İran seçkisində atışma olub


Fars ostanındakı Mamasani şəhərinə xüsusi qüvvələr yeridilib

Fars ostanındakı Mamasani şəhərinə xüsusi qüvvələr yeridilib

Parlament seçkisinin ikinci dövrəsində islahatyönlü və mühafizəkar namizədlərin tərəfdarları arasında mübahisə silahlı qarşıdurma ilə nəticələnib

İran agentliklərindən alınan məlumatlarda deyilir ki, parlament seçkisinin ikinci dövrəsində islahatyönlü və mühafizəkar namizədlərin tərəfdarları arasında qarşıdurma atışma ilə nəticələnib.

İran seçkiləri üçün çox nadir olan bu hasdisə zamanı 4 nəfərin yaralandığı xəbər verilir.

Küçələrdə seçki təbliğatı

Küçələrdə seçki təbliğatı

Associated Press agentliyi İranın İSNA agentliyinə istinadən xəbər verir ki, Fars ostanının Mamasani şəhərində baş vermis atışma hadisəsini İran daxili işlər nazirinin müavini Hossein Zolfaghari də təsdiq edib.

O deyib ki, hazırda Mamasanidə sakitlikdir. Nazir müavini müfəssəl təfərrüatlara varmayaraq deyib ki, bu hadisəyə görə məsuliyyət daşıyan şəxslərin axtarışı davam edir.

Təhlilçilər bildirirlər ki, Tehran və Qərb arasında tarixi nüvə sazişinin imzalanmasından sonra keçirilən ilk parlament seçkisi prezident Rouhani-nin mötədil düşərgəsi və ümumilikdə İranın gələcək siyasi oriyentasiyası üçün həyati əhəmiyyət daşıyır.

Seçkinin birinci dövrəsində islahat tərəfdarı olan mötədillər böyük uğur qazanıblar.

Onlar xüsusilə də ölkənin siyasi həyatını diqtə edən paytaxt Tehranda 30 mandatın hamısını qazanıblar.

Qüvvələr nisbəti naməlumdur

İslhatpərəstlər seçkinin ikinci dövrəsində daha çox mandat əldə edərək gələcək məclisdə əhəmiyyətli fraksiya qurmağa çalışırlar.

Bu seçkidə qadın deputatların sayı 1979-cu ildən bəri rekord həddə olacaq

Bu seçkidə qadın deputatların sayı 1979-cu ildən bəri rekord həddə olacaq

Seçkinin birinci dövrəsindən sonra gələcək məclisdə qüvvələr nisbəti barədə dəqiq məlumat olmasa da, Reuters-in təxminlərinə görə mühafizəkarlar 112 mandata sahib olublar. İslahatyönlülərin və mərkəzçilərin 90 yer əldə etdiyi bildirlir. Daha 29 mandatı müstəqillər və dini azlıqların nümayəndələri əldə ediblər.

Reuters yazır ki, qüvvələr nisbətinin müəyyən edilməsi mürəkkəb məsələdir, çünki bir çox namizədlərin siyasi oriyentasiyası aydın deyil. Bəzi namizədləri həm mötədil, həm də mühafizəkar düşərgə dəstəkləyir. Seçki qələbəsindən sonra bu deputatların kimin tərəfində olacağı bəlli deyil.

Birinci dövrədə İran parlamentinə 10-dan çox qadın seçilib. İkinci dövrədən sonra onların toplam sayının 20-ə çatacağı gözlənilir.

Bu, 1979-cu il İslam inqilabından bəri ən çox qadın deputatı olan məclis olacaq.

Xəbər verilir ki, bir çox seçki dairələrində səsvermə müddəti 3 saat artırılıb.

Məclis yeni tərkibdə öz işinə mayın 27-də başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG