Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:27

Prezidentlərin Bakı görüşünün vaxtı açıqlandı


İlham Əliyev, Hassan Rouhani və Vladimir Putin

İlham Əliyev, Hassan Rouhani və Vladimir Putin

Azərbaycan, Rusiya və İran prezidentləri avqustun 8-də Bakıda görüşəcəklər.

TASS xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Ebrahim Rahimpour bildirib.

«Bu görüş, şübhəsiz, baş tutacaq. Görüşün avqustun 8-də keçirilməsi gözlənilir», - deyə o bildirib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dünən rusiyalı həmkarı Sergei Lavrov-la keçirdiyi birgə mətbuat konfransında üç ölkə prezidentinin görüşünə hazırlıq işləri aparıldığını bildirmişdi.

Məmmədyarov vurğulamışdı ki, bir müddət əvvəl İran, Azərbaycan və Rusiya XİN başçıları toplaşaraq, bu görüşlə bağlı müzakirələr aparıblar. «Hər üç ölkə «Cənub-Şimal» dəhlizinin inkişafı ilə bağlı müştərək fikrə malikdirlər. Bu, geniş potensiala malik dəhlizdir», - azərbaycanlı nazir demişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG