Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:35

İranın yeni parlamentində ruhanidən çox qadın olacaq


Birinci dövrədə məclisə seçilmiş 14 qadın

Birinci dövrədə məclisə seçilmiş 14 qadın

Bu, 1979-cu ildə baş vermiş İran İslam İnqilabından bəri misli görünməmiş hadisə kimi qiymətləndirilir.

İranda parlament seçkilərinin nəticələrinə görə Məclisin yeni tərkibində qadın deputatların sayı ruhani millət vəkillərindən çox olacaq.

Bu, 1979-cu ildə baş vermiş İran İslam İnqilabından bəri misli görünməmiş hadisə kimi qiymətləndirilir.

Bir çox təhlilçilərin fikrincə, bu hadisə İranda son illərdə gedən ictimai-siyasi dəyişikliklərdən xəbər verir.

İkinci dövrədən sonra 290 yerlik parlamentdə 17 qadın deputat olacaq. Bu, parlamentdəki ruhani siyasətçilərdən bir mandat çoxdur.

Ruhani deputatların sayı ildən-ilə azalıb

Ruhani millət vəkillərinin sayı isə inqilabdan bəri ən aşağı həddə enib.

1979-cu il inqilabının ardınca seçilmiş 1-ci məclisdə 164 ruhani deputat vardı.

Ölkənin bir çox görkəmli siyasətçiləri tarixən ruhanilərin sıralarından çıxıb.

Bunlardan biri də hazırkı prezident Hassan Rouhani-dir. O, 1980-2000-ci illərdə İran Məclisinin üzvü olub.

İkinci dövrənin qalibləri

İkinci dövrənin qalibləri

Ondan əvvəlki iki prezident – ayətulllah Akbar Hashemi Rafsanjani və Mohammad Khatami də ruhanidirlər.

Lakin son illərdə ruhani millət vəkillərinin sayı azalmaqda davam edib.

İkinci məclisdə onların sayı 153 idi, üçüncü məclisdə 85, dördüncü məclidə 67 və beşinci məclisdə 52ruhani millət vəkili vardı.

Müddətini başa vurmaqda olan son məclisdə ruhanilərin sayı 27 idi.

Yeni məclisə seçilmiş 16 ruhanidən 13-ü sərt xətt-hərəkət tərəfdarıdır.

Seçkidə qələbə qazanmış 17 qadının hamısı islahatyönlü olsa da, onların sayı yeni parlamentin yalnız 9 faizini təşkil edir.

Bundan əvvəl qadınların parlamentdəki rekord sayı 14 olub.

Mürəkkəb nisbət

Şənbə günü keçirilmiş seçkinin ikinci dövrəsində prezident Hassan Rouhanini dəstəkləyən islahatyönlü və mötədil siyasətçilərin uğur qazandığı xəbər verilib.

Yerli media xəbərlərinə görə, mütərəqqi millət vəkilləri yeni məclisdə islahatyönlü qanunların qəbul edilməsi üçün kafi nisbətə malik olacaqlar.

İslahatyönlü siyasətçilər 2004-cü ildən bəri parlamentdəki çoxluğu itirmişdilər.

Son seçkinin nəticələrinə görə, yeni məclisdə 133 islahatyönlü deputat olacaq. Bu, mütləq çoxluqdan 13 mandat az olsa da, onlar sayca mühafizəkarlardan çoxdurlar. Yeni parlamentin 125 üzvü mühafizəkarlardır.

Yerdə qalan mandatlara müstəqillər sahib olublar. Məclisdəki gələcək qüvvələr nisbətində onların həlledici rol oynayacağı gözlənilir.

Bundan başqa mühafizkar deputatların arasında da prezident Rouhani-nin tərəfdarları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG