Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:17

“Səhər” portalının yazdığına görə, bu barədə İSNA agentliyinə fraksiyanın sözçüsü Zəhra Sai məlumat verib.

O, bildirib ki, türklərin yaşadığı bölgələri təmsil edən fraksiya 100 deputatının iştirakı ilə yaradılıb. “Bunlardan 25-i mərkəzi şuranın üzvləridir. İclasda rəyasət heyəti üçün də seçki keçirildi və nəticədə islahatçı siyasətçi və Təbriz millət vəkili Məsud Pezeşkian fraksiyanın rəhbəri seçildi”.

Zəhra Sainin sözlərinə görə, Urmiyədən olan deputatı Nadir Qazipur və Ərdəbildən olan millət vəkili Rza Kərimi fraksiyanın sədr əvəzi seçiliblər.

Zəhra Şai fraksiyanın yaradılmasının məqsədindən də danışıb: “Ölkədə türk sakinli bölgələrin genişliyi və bu bölgələrdə problemlərin həlli üçün strateji idarəetməni nəzərə alaraq bu fraksiya türk dilli deputatların iştirakı ilə bu bölgələrdəki problemlərin həlli məqsədi ilə yaradıldı”,deyə o bildirib.

“Amerikanın səsi” radiosu hələ bundan əvvəl belə bir fraksiya yaradılması ilə bağlı məlumat yaymış və məsələyə siyasi ekspertlərin münasibətini öyrənmişdi.

*Instagram Platformasında bizi izləməyi unutmayın - Hər gün yenilənir

Hazırda Ankarada yaşayan siyasi ekspert Kərim Əsgəri Amerikanın Səsinə müsahibədə 60-dan çox millət vəkilinin İran Məclisində türk fraksiyası yaratmasınınn önəmli olduğunu bildirib, amma qeyd edib ki, onun nüfuz və təsirini zaman göstərəcək.

Onun sözlərinə görə, fraksiyanın yaradılması xəbərindən sonra əsas diqqət çəkən mövzu da elə onun adı olub:

““İranda 90 ildir türkün inkar edilməsinə şahidik. Rəsmi şəkildə olmasa da, əməldə ‘Türk’ adı inkar olunub yerinə qondarma ‘Azəri’ çıxarılmışdı. Bu gün İran məclisində, özəlliklə də 60-dan çox millət vəkilinin təşkil etdiyi qrupun adı olaraq türk sözünün istifadə edilməsi çox önəmlidir. Bu yetərlidirmi? Yox, deyil. Çünki, türkdilli dedikləri zaman yəni ‘Türk’ü tamamilə rəsmiyyətə tanımırlar. Ancaq bu ‘Azəri’ kəlməsindən qat-qat yaxşıdır”.

Əhməd Əlirza Beygi İran Parlamentində millət vəkillərinin dörddə birinin (təxminən 72 nəfər) türklərdən ibarət olduğunu deyir. Onun sözlərinə görə, türk millət vəkilləri 31 vilayətdən 19-da məclisə düşə biliblər.

Əsgəri bu heyətin türklərin ən çox yaşadığı vilayətlərdən seçilməsinin həmçinin bir mesaj olduğunu vurğulayır.

Təbrizli siyasi ekspert fraksiyanın yaradılmasını ümumilikdə önəmli bir addım kimi qəbul edir, amma deyir ki, bu barədə dəqiq fikir bildirmək hələ ki, çox tezdir.

Kərim Əsgərinin sözlərinə görə, fraksiyaya həm mühavizəkar, həm də islahatçı millət vəkilləri daxildir.

Əsgəri fraksiyanın müxtəlif siyasi qanadların üzvlərindən təşkil edilməsinin diqqətəlayiq olduğunu vurğulayır.

Onun sözlərinə görə, Türk Fraksiyası parlamentdə bir qrup kimi hər hansı bir qanunun qəbulu və ya qəbul olunmamasında rol oynaya bilər.

Əsgəri həmçinin deyir ki, “bu fraksiya ilə bağlı ən önəmli məqam kimlik məsələsidir.

Fraksiyaya üzv olan millət vəkilləri bunu hamıdan daha yaxşı bilirlər. Seçkilərdən öncə bunların hamısı muhafizəkar, müstəqil, ya da islahatçı olduqlarına baxmayaraq kimlik məsələsi ilə bağlı verdikləri vədlərə görə səs qazanıblar. Təbii ki, bu seçkilərin dörd il sonrası da var...”, deyə o vurğulayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG