Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:33

İranda deputatlar narkotikə görə ölüm hökmünün ləğvini istəyir


İran parlamenti
İran parlamenti

İranda xeyli deputat narkotiklə bağlı cinayətlərə görə ölüm hökmünün ləğvini təklif edir.

Ədliyyə naziri Mustafa Purməhəmmədi bu ilin oktyabrında bəyan edib ki, ölkədə narkotik cinayətlərinə görə ölüm hökmü həddən çox tətbiq edilir.

O, əksər hallarda ölüm hökmünə alternativ cəza tapılmasına tərəfdardır, hərcənd nazir "tamamilə pozulmuş" insanlara ölüm hökmünün saxlanmasını istəyir.

76 deputatın imzaladığı qanunvericilik təşəbbüsündə narkotik qaçaqçılığı ilə ilk dəfə məsuliyyətə cəlb olunanlara ölüm hökmü kəsilməməsi nəzərdə tutulur, onların çoxu həddi-buluğa çatmayanlardır.

Bu təşəbbüs 2015-ci ilin dekabrından parlamentin müzakirəsində olan qanun layihəsinə əlavədir.

Həmin sənəddə silahlı narkotik qaçaqçılığı istisna olmaqla, narkotik maddə saxlama və istehsal da daxil olmaqla narkotik ittihamlarına görə ölüm hökmünün ləğvi nəzərdə tutulur.

290 deputatdan təxminən 150-nin tərəfdar olduğu bu layihə indi parlamentin məhkəmə və hüquq komissiyasının müzakirəsindədir.

Qanun layihəsi parlamentdən keçsə belə dərhal qüvvəyə minməyə bilər.

Çünki sənədi qatı mühafizəkarlardan ibarət İran Konstitusiya Mühafizdəri Şurası da ratifikasiya elməlidir.

Məsələn, İran məhkəmə sisteminin rəhbəri Sadiq Amoli Laricani hesab edir ki, narkotik ittihamına görə ölüm hökmü ləğv edilməməlidir, çünki bu ailələrin dağılmasına səbəb olur.

BMT-nin 2011-ci ildə yaydığı hesabata görə, İran tiryək istifadəsinə görə dünyada ikincidir.

Bundan başqa İran Çindən sonra ölüm hökmünün ən çox tətbiq edildiyi ikinci ölkədir.

Təkcə 2015-ci ildə İranda azı 977 adam edam edilib ki, bunun əksəriyyəti narkotik ittihamı ilə bağlıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG