Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:36

Paris hücumlarından sonra Tehran da narahatdır


İranın kəşfiyyat naziri Mahmud Ələvi
İranın kəşfiyyat naziri Mahmud Ələvi

İranın kəşfiyyat naziri Mahmud Ələvi belə bir ehtimal irəli sürüb ki, İslam Dövləti adlanan təşkilat Tehranı da hədəfləyə bilər

Noyabrın 13-də Fransa paytaxtına edilmiş terror basqınlarından sonra İranın kəşfiyyat naziri Mahmud Ələvi belə bir ehtimal irəli sürüb ki, İslam Dövləti adlanan təşkilat Tehranı da hədəfləyə bilər.

Həftəsonu Tehranda keçirilən təhlükəsizlik konfransında çıxış edən Ələvi deyib ki, Tehran üçün təhlükə Paris və Beyrutu hədəfləyən eyni qruplaşmadan qaynaqlanır.

Kəşfiyyat naziri təhlükə mənbəyinin İranın daxilində və ya qonşu ölkələrdə olduğuna dair təfərrüatları açıqlamayıb.

İran generalı Hüseyn Həmədaninin Suriyada həlak olduğu deyilir
İran generalı Hüseyn Həmədaninin Suriyada həlak olduğu deyilir

İran quru qoşunlarının komandanı, general Əhməd Reza Purdestan da “İranın qərb və şərq sərhədlərində yerləşən İD-lə” bağlı narahatlığını ifadə edib.

Onun sözlərinə görə, İranın şərq sərhədində, İraqda yerləşən Diyala əyalətində baş vermis hücumlardan sonra, Tehran qərara gəlib ki, İD-in sərhədlər boyunca40 kilometrlik zolağa yaxınlaşacağı təqdirdə, İran hərbi tədbirlərə əl atacaq.

Purdestan deyib ki, şimali Əfqanıstandakı Taliban və İD qruplaşmaları “İrana müdaxilə” məqsədilə qüvvələrini birləşdiriblər.

Döyüşən “müşavirlər”

İran qüvvələri hazırda Suriya və İraqda İŞİD-ə və Suriya prezidentinə qarşı döyüşən qüvvələrə qarşı hərbi əməliyyatlar aparır.

İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri Fransa, ABŞ və İrana xəbərdarlıq edib ki, İŞİD bu ölkələrin daxilindən basqın planlaşdırır

Tehran Suriya və İraqa yalnız “müşavirlər” göndərdiyində israr etsə də, sentyabr ayında genişmiqyaslı əməliyyatlar başlanandan bəri onlarca İran hərbçisi İraq və Suriyada həlak olub.

Purdestan deyib ki, bu hərbçilər İran İnqilab Keşikçiləri Qüds Korpusunun döyüşçüləridir, lakin lazım gələrsə, Tehran döyüşə nizami qüvvələrini göndərəcək.

Purdestan əsas etibarilə xarici təhlükədən danışsa da, İŞİD-in ölkə daxilindən hücum edəcəyi ehtimalları kifayət qədər realdır.

İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri Fransa, ABŞ və İrana xəbərdarlıq edib ki, İŞİD bu ölkələrin daxilindən basqın planlaşdırır.

Ayətullahlar ABŞ-ı ittiham edirlər

Son günlərdə İranda İŞİD şübhəliləri ilə bağlı çoxsaylı həbslər həyata keçirilib.

Hələ 2014-cü ilin iyununda İranın Kəşfiyyat Nazirliyi İslam Dövləti qruplaşmasına üzvlükdə şübhəli bilinən 30 nəfəri həbs etmişdi. Öz növbəsində Türkiyə İrandan cihada qoşulmaq üçün Suriyaya gedənləri həbs edir.

İran prezidenti Həsən Ruhani Fransaya başsağlığı versə də, sərt xətt tərəfdarları İD-in yaranmasına görə “Qərbin Suriya və İraqda apardığı yanlış xarici siyasəti” ittiham edirlər.

İran ədliyyəsinin rəhbəri ayətullah Sadeq Laricani deyib ki, “siyasətləri ilə İD-in yaranmasına səbəb olmuş ABŞ rəsmiləri mühakimə olunmalıdır”.

XS
SM
MD
LG