Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:09

İranlı milyarder ölüm hökmü cəzası aldə


Babək Zəncani İran üçün qanunsuz neft sazişləri hazırlamağa kömək etməkdə suçlanır.
Babək Zəncani İran üçün qanunsuz neft sazişləri hazırlamağa kömək etməkdə suçlanır.

-

İranlı milyarder Babək Zəncani korrupsiya ittihamlarına görə ölüm cəzasına məhkum edilib.

Bu barədə Türkiyə mətbuatı yazır.
Qərarla bağlı detallar hələlik məlum deyil.
Babək Zəncani şirkətləri vasitəsilə milyardlarla dollar həcmində neft gəlirlərini gizlətməkdə ittiham olunaraq 2013-cü ilin dekabr ayında həbs olunub.

Zəncani bu ittihamları rədd edir. Ancaq o, həbsindən öncə, öz facebook hesabında yazdığı statusunda BƏƏ, Türkiyə və Malaysiyada şirkətlər açıb hökumətin adından milyonlarla barel İran nefti satdığını etiraf etmişdi.

O yazmışdı ki, İrana sanksiyalara baxmayaraq, riskə gedib ölkəsinə 2 milyarda yaxın dollar gətirməyə nail olub.

Babək Zəncani dələduzluq və iqtisadi cinayətlərdə təqsirli bilinir.
İranın ən varlı adamlarından olan Babək Zəncani İran üçün qanunsuz neft sazişləri hazırlamağa kömək etməkdə suçlanaraq ABŞ və Avropa Birliyinin qara siyahısına düşüb.

Babək Zəncani 13,5 milyard dollarlıq varidatın sahibidir.O, türkiyəli iş adamı, əslən azərbaycanlı, müğənni Ebrü Gündəşin əri Rza Zərrabinin şəriki olub

XS
SM
MD
LG