Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:26

İran Həcc basabasına görə… ABŞ və İsraili ittiham edir


Tehranda Məkkə ölümlərinə etiraz aksiyası
Tehranda Məkkə ölümlərinə etiraz aksiyası

İran mühafizəkarları Məkkədə baş vermis basabasa ABŞ və İsrail qəsdinin səbəb olduğunu və İranın vəzifəli zəvvarlarının Səudiyyə kəşfiyyatı tərəfindən oğurlandığını iddia edirlər.

AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, İran mühafizəkarları Məkkədə baş vermis basabasa ABŞ və İsrail qəsdinin səbəb olduğunu və İranın vəzifəli zəvvarlarının Səudiyyə kəşfiyyatı tərəfindən oğurlandığını iddia edirlər.

Bəsicin komandanı Naghdi Məkkə ölümlərində ABŞ-ı ittiham edir
Bəsicin komandanı Naghdi Məkkə ölümlərində ABŞ-ı ittiham edir

İran hökumətinin rəsmiləri 230 iranlı zəvvarın öldüyü Məkkə basabasına görə Səudiyyənin Həcc rəsmilərini ittiham edirlər, lakin sərt xətt-hərəkət tərəfdarları və bir sıra mürtəce siyasətçilər hadisənin daha geniş beynəlxalq qəsdin nəticəsi olduğunu deyirlər.

İranın “hərbiləşdirilmiş ictimai polisi” – Bəsic Mina faciəsinə görə birbaşa ABŞ-ı ittiham edib.

“Mina fəlakətinin arxasında amerikalılar dururlar” – deyib Bəsicin komandanı Mohammad Reza Naghdi. O iddia edib ki, məqsəd iranlıları Həcc ayinindən çəkindirməkdir.

Kranı kim aşırıb?

İran Silahlı Qüvvələri qərargahının rəis müavini briqada generalı Massud Jazayeri belə bir ehtimal irəli sürüb ki, sentyabrın 24-də baş vermis basabas və ondan əvvəl, sentyabrın 11-də Məkkədə kranın aşması İsrail və Səudiyyə hökuməti tərəfindən təşkil edilib.

O Fars xəbər agentliyinə “zülmkar Sionist rejiminin Səud krallığına sirayət etməsi” mümkünlüyünü söyləyib.

General Masoud Jazayeri
General Masoud Jazayeri

Jazayeri bildirib ki, müsəlman ölkələri “əl-Səud ailəsinin cinayətlərini araşdırmaq üçün missiyaya başlamalıdırlar”.

O hətta lazım gələrsə, İran ordusunun işə qarışa biləcəyini deyib.

İranın rəsmi İRNA agentliyi sentyabrın 30-da 239 iranlı zəvvarın öldüyünü təsdiq etmişdi. Lakin faciədən bir həftə sonra İRNA-nın yaydığı xəbərdə deyilirdi ki, 241 iranlı zəvvar itkin sayılır. Agentlik onların arasında Beyrutdakı keçmiş səfir Ghazanfar Roknabadi-nin də olduğunu bildirirdi.

Səfir oğurlanıbmı?

Roknabadi 2013-cü ildə əl-Qaedaya bağlı qruplaşmanın İranın Beyrutdakı missiyasına hücumu zamanı orada səfir idi. Bütün bunlar Məkkədəki basabasın şübhəli göründüyünə dair şayiələrə səbəb olub.

Mühafizəkar Fars xəbər agentliyi Mədəniyyət Nazirliyinin sözçüsü Hossein Noushabadi-yə istinadən bilidirib ki, Roknabadi-nin Səudiyyə təhlükəsizliyi tərəfindən oğurlanması “ciddi versiya” sayıla bilər.

Ghazanfar Roknabadi
Ghazanfar Roknabadi

İranın Xarici İşlər Nazirliyi Səudiyyəyə bağlı al-Arabiyya telekanalının Roknabadi-nin guya Səudiyyəyə saxta adla səfər etdiyi barədə xəbərini təkzib edib. Səudiyyə, onun ümumiyyətlə rəsmi Həcc siyahılarında olmadığını iddia edir.

İran XİN-in sözçüsü Marzieh Afkham deyib ki, Roknabadi Səudiyyə Ərəbistanına öz pasportu ilə daxil olub.

Lakin bir sıra İran rəsmiləri Həcc basabasının arxasında qəsd olduğuna dair iddiaları ciddi saymırlar. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Ali Shamkhani Roknabadi-nin oğurlanması versiyasının “real olmadığını” bildirib.

Shamkhani deyib ki, bəzi ərəb ölkələrinin “sionist rejimlə əlaqə tabusunu pozmaları” bu kimi qəsd nəzəriyyələrinin yaranmasına yol açır.

XS
SM
MD
LG