Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:46

Tehran və Bakı internetdə birgə alış-veriş saytı yaradır


Ramin Quluzadənin İrana səfəri

Ramin Quluzadənin İrana səfəri

İran və Azərbaycan internetdə mal alınmasından ötrü birgə sayt yaradacaqlar.

“Turan” Agentliyi xəbər verir ki, bunu İranın informasiya texnologiyaları naziri Mahmud Vaezi Tehranda azərbaycanlı həmkarı Ramin Quluzadə ilə görüşündə bildirib.

Yeni sayt elektron ticarəti asanlaşdıracaq və iki ölkə sakinləri arasında mal alışı imkanları yaradacaq.

Buna da bax:​ Əşyaları Facebook-da alıb-satmaq asanlaşır

M.Vaezinin sözlərinə görə, İranda satıcılar alınmış malların göndərilməsindən ötrü poçt sistemi, poçt bank və aeroportdan istifadə edəcəklər.

“Saytın buraxılışına məsul ayrıca qurumun və elektron ticarət qurumunun yaradılacağı gözlənilir”, Vaezi deyib.

Vaezi həmçinin qeyd edib ki, İranla Azərbaycan arasında rabitə və informasiya texnologiyaları xüsusilə poçt, elektron ticarət sahəsində əlaqələr yüksəliş həddindədir.

Buna da bax:​ Azərbaycanda online alış-veriş niyə belə zəifdir?

Tehran peyk texnologiyalarında Bakının təcrübəsindən, Bakı isə informasiya texnologiyaları sahəsində İranın nailiyyətlərindən istifadə etməlidir.

Vaezi İran şirkətlərini dekabrda Bakıda keçiriləcək Bakutel sərgisində iştiraka səsləyib.

Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə nümayəndə heyəti oktyabrın 17-də Tehrana gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG