Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 15:36

İran prezidenti Hassan Rohani hökumətə yeni qadın üzv təyin edib. Zahra Ahmadipour onun yeni vitse prezidenti və ölkənin turizm və mədəniyyət naziri olacaq.

Zahra Ahmadipour hökumətdə təmsil olunan üçüncü qadın nazirdir.

O, Tarbia Modarest Universitetinin çoğrafiya departamentində professor assistantı olub, əvvəllər ölkənin Daxili İşlər Nazirliyində məmur kimi çalışıb.

Rohani bir neçə gün öncə Masoud Soltanifar idman və gənclər naziri vəzifəsinə təyin etmişdi.

İran gələn ilin mayında prezident seçkiləri keçirəcək və Rohani ikinci dəfə namizədliyini irəli sürmək niyyətdədir.

XS
SM
MD
LG