Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:57

Amerikalı iş adamı Tehranda həbs edilib


Siamak Namazi
Siamak Namazi

İkili vətəndaşlığı olan amerikalı İranda həbs edilib. Qəzetlər onun ölkədə həbs edilmiş dördüncü İran əsilli amerikalı olduğunu yazır.

Crescent Petroleum Co. şirkətinin Dubayda işləyən əməkdaşı Siamak Namazi İslam İnqilab Keşikçiləri Korpusunun xüsusi xidmət qolu tərəfindən bugünlərdə Tehranda həbs edilib. "Washington Post" və "Wall Street Journal"-ın yazdığına görə o, iki həftəlik Tehrana gedibmiş.

Hələlik Tehrandan Siamak Namazinin həbsi ilə bağlı hər hansı rəsmi reaksiya yoxdur.

Namazinin ailəsi Tehran, Dubay və Vyanada ofisləri Atieh Group consultant şirkətinin sahibidir. "Wall Street Journal" yazır ki, şirkət müştərilərinə İran bazarına girmək barədə məsləhət xidmətləri təklif edirmiş.

Namazinin dostları "Wall Street Journal"a bildiriblər ki, İranın xüsusi xidmət agentləri onun ata evində axtarış aparıblar. Onun kompyuteri müsadirə olunub və məktublaşdığı adamlardan bəziləri kiberhücumlara məruz qalıb.

Bir yüksək rütbəli ABŞ rəsmisi deyib ki, administrasiya məsələni araşdırmaqdadır.

İranda həbs edilmiş digər 3 İran əsilli amerikalıdan biri "Washington Post"un müxbiri Jason Rezaiandır. O, keçən il cəsusluqda ittiham edilərək həbs edilib.

Digər iki nəfərsə keçmiş ABŞ dəniz piyadası, cəsusluq ittihamı ilə həbs edilmiş Amir Hekmati və İncil tədris qrupu təşkil etmiş dönmə xristian Saeed Abedinidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG