Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:43

ABŞ İran hakerlərinə “adbaad cinayət işi” açdı


Baş prokuror Loretta Lynch və FTB-nin direktoru James Comey "İran hakerlərinə" həsr edilmiş mətbuat konfransında

Baş prokuror Loretta Lynch və FTB-nin direktoru James Comey "İran hakerlərinə" həsr edilmiş mətbuat konfransında

Amerika banklarına müdaxilə edərək bizneslərə milyonlarla dollar ziyan vurmuş 7 İran hakerinə qarşı ittiham irəli sürülüb

Amerika hökuməti xəbər verir ki, ABŞ banklarına müdaxilə edərək bizneslərə milyonlarla dollar ziyan vurmuş 7 İran hakerinə qarşı ittiham irəli sürülüb.

Bu şəxslərin habelə Nyu York su anbarına hücum etməyə cəhd göstərdikləri xəbər verilir.

Bu da bildirilir ki, ittiham edilən şəxslərin İran hökumətinin və İslam Keşikçiləri Korpusunun tapşırıqları ilə fəaliyyət göstərdiklərinə inanılır.

Reuters agentliyi xəbər verir ki, ittihamnamədə adları çəkilən şəxslərin hamısı İranda yaşayır və Tehranın onları ekstradisiya edəcəyi gözlənilmir.

Amansız, sistematik və genişmiqyaslı

Xəbər verilir ki, hakerlər JPMorgan Chase, Wells Fargo, AT&T və American Express də daxil 46 əsas maliyyə təsisatını və maliyyə sektoru şirkətlərinihədəfləyiblər.

Nyu York su anbarına hücum fəlakətli ola bilərdi

Nyu York su anbarına hücum fəlakətli ola bilərdi

Hakerlər kompüter şəbəkələrinə həftəlik qaydada DoS tipli hücumlar etməkdə və qeyri-təkmil üsullarla şəbəkələri internetdən çıxarmaqda ittiham edilirlər.

ABŞ-ın baş prokuroruLoretta Lynch Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib ki, haker hücumları amansız, sistematik və genişmiqyaslı xarakter daşıyıb.

Nyu Yorkun baş federal hakimi bildirib ki, hücumlar 2011-2013-cü illərdə edilib.

Bundan əvvəl Vaşinqton ABŞ bizneslərinə qarşı kiberhücumlarda Çin və Şimali Koreya hökumətlərini ittiham edirdi.

Xilas edən təsadüf

Baş prokuror Lynch deyib ki, bu hücumların arasında ən narahedicisi Nyu York su anbarının infrastrukturuna edilib.

Belə adamlar tətil və ya təhsil üçün xaricə səfər edirlər və onlar bundan sonra tez-tez çevrilib arxaya baxmalı olacaqlar

Reuters bildirir ki, yalnız hadisələrin təsadüfi axarı hakerlərin daşqın qapılarının əməliyyat sisteminə müdaxiləsinin qarşısını alıb. Beləki daşqın qapıları kiberhücum edilərkən cari təmirlə bağlı sistemdən ayrılmışdı.

ABŞ hökuməti bildirib ki, su anbarına hücum cəhdi “taleyüklü dəyişikliyə” sövq edib, beləki təhqiqatçılar sistemin başqa zəif yerlərini də araşdırmağa başlayıblar.

Xəbər verilir ki, Nyu Yorkdakı bir neçə su anbarına hücumlar şəhərin elektrik şəbəkəsinə ciddi ziyan vura, su basmasına səbəb ola bilərdi.

Nyu York senatoru Chuck Schumer bəyan edib ki, hökumət mümkün qədər tez müddətdə hakerlərə qarşı əks-hücum tədbirlərinə başlamalıdır.

ABŞ-da barələrində cinayət işi qaldırılmış hakerlərin Ahmad Fathi, Hamid Firoozi, Amin Shokohi, Sadegh Ahmadzadegan, Omid Ghaffarinia, Sina Keissar və Nader Seidi olduqları bildirlir.

Onlar İranda mənzillənmiş ITSecTeam və Mersad şirkətlərində çalışarkən kompüter hakerliyi etməkdə ittiham olunurlar.

“Dünya balaca, yaddaşımız möhkəmdir”

Adı çəkilən şəxslərin hamısının İranda olduqları və Tehranın onları ekstradisiya etməyəcəyi məlumdur.

Lakin baş prokuror Lynch bildirib ki, belə şəxslərə qarşı rəsmi ittihamlar irəli sürülməli və onların adları açıqlanmalıdır. “Onlar başa düşməlidirlər ki, gizlənə bilməyəcəklər” – deyib baş prokuror.

Federal Təhqiqatlar Bürosunun direktoru James Comey isə deyib ki, “dünya balaca, bizim yaddaşımız isə möhkəmdir”.

“Belə adamlar tətil və ya təhsil üçün xaricə səfər edirlər və onlar bundan sonra tez-tez çevrilib arxaya baxmalı olacaqlar” – deyib FTB rəhbəri.

CrowdStrike kibertəhlükəsizlik firmasından Dmitri Alperovitch isə bildirib ki, adların açıqlanması son dərəcə mühümdür.

“Bu, İrana və başqa hökumətlərə mesaj verir ki, belə şəxslər anonim şəkildə fəaliyyət göstərə bilməyəcklər” – deyib ekspert.

Günün bütün mövzuları

XS
SM
MD
LG