Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:38

Avropa “İran kibercasus qrupuna” əks-həmlə edir


Foto arxivdəndir
Foto arxivdəndir

Kibercasus qrupunun 1600 hədəfi arasında Səudiyyə kral ailəsinin üzvləri və adları çəkilməyən ölkələrdəki “generalların arvadları” var

-

Avropanın hakimiyyət orqanları İranın qüdrətli İnqilab Keşikçiləri Qvardiyasına bağlı olduğu düşünülən kibercasusluq kampaniyasına qarşı hərəkətə keçib.

Təhlükəsizlik ekspertlərinin “Rocket Kitten” adlandırdıqları haker qrupu 2014-cü ilin əvvəllərindən bəri məşhur siyasətçilərə və hərbi fiqurlara qarşı kiberhücumlar həyata keçirir.

Bu barədə məlumatı Reuters agentliyinə kibercasus qrupunun fəaliyyətini izləyən ekspert firmaları verib.

Avropanın əks-tədbirləri Tehranı Səudiyyə Ərəbistanına, İsrailə, Türkiyəyə, Birləşmiş Ştatlara və hətta onun müttəfiqi Venesuelaya aid həssas kəşfiyyat məlumatları toplamaq imkanından məhrum edə bilər. İrana bağlılığı düşünülən haker qrupu məhz bu ölkələri hədəfləyib.

“General arvadları” hədəflər arasında

ABŞ-İsrail Check Point Software təhlükəsizlik firması bildirib ki, sözü gedən kibercasus qrupunun 1600 məşhur hədəfi arasında Səudiyyə kral ailəsinin üzvləri, İsrailin nüvə alimləri, NATO rəsmiləri, iranlı dissidentlər və hətta adları çəkilməyən ölkələrdəki “generalların arvadları” var.

İran kibercasus qrupunun 1600 məşhur hədəfi arasında Səudiyyə kral ailəsinin üzvləri, İsrailin nüvə alimləri, NATO rəsmiləri, iranlı dissidentlər və hətta adları çəkilməyən ölkələrdəki “generalların arvadları” var

Check Point Software firmasından Shahar Tal Reuters-ə müsahibəsində deyib ki, casus kampaniyasının daxili mexanizmlərini açmaq mümkün olub.

Şirkət bildirib ki, haker qrupuna aid məlumatları Britaniya, Almaniya və Hollandiyadakı kompüter təhlükəsizliyi orqanlarına ötürüb. Bu orqanlar isə öz növbələrində İrandan aparılan hücumları həyata keçirən “komanda-nəzarət” serverlərinin məkanlarını müvafiq ölkələrin polis xidmətlərinə çatdırıblar.

Reuters bildirib ki, Europol və FTB bu xəbərlər barədə hələlik heç bir şərh verməyib. İsrailin Shin Bet xarici kəşfiyyat idarəsi isə deyib ki, bu kimi hücumlar onlara yaxşı tanışdır və daim monitorinq edilir.

Hücumların qarşısı hələlik alınıb

Check Point bu barədə hesabatı gələn bazar ertəsi açıqlamağa hazırlaşır. Bu hesabatın bəzi təfərrüatları Reuters-ə verilib. Orada haker qrupunun hücumlar üçün istifadə etdiyi məsafədən idarə olunan kompüterlərin şəbəkə xəritəsi də var.

Avropa hakimiyyət orqanlarının əlaqəli əks-tədbirləri nəticəsində Avropanın beş kommersiya məlumatı bazası və peyk kommunikasiyaları operatorlarının hamısı qapadılıb. Hakerlər bu operatorların xəbəri olmadan onların şəbəkələrinə sirayət edə bilmişdilər.

Təhlükəslzik firması bildirir ki, bu tədbirlər yeni kiberhücumların qarşısını ən azı bir neçə ay ərzində ala biləcək.

“Rocket Kitten” haker qrupu Avropadakı serverlərdən Səudiyyə Ərəbistanı, İsrail, Avropa, Birləşmiş Ştatlar, Venesuela və hətta İranın özündəki hədəflərə məsafədən idarə olunan hücumlar təşkil edə bilirdi.

İran İnqilab Keşikçiləri Qvardiyası Reuters-in sorğularına şərh verməkdən imtina edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG