Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:05

İran futbolunda “sarı şalvar” qalmaqalı


Persepolisin qapıçısı Sosha Makani sarı şalvarda

Persepolisin qapıçısı Sosha Makani sarı şalvarda

İranın premyerliqasının futbolçusu, Amerika komik multiplikasiya qəhrəmanı sayağı şalvarla şəklinin sosial şəbəkədə yayıldığına görə cəzalandırılıb

“The Washington Post” yazır ki, məşhur Persepolis komandasının məşhur qapıçısı Sosha Makaniyə onun sarı rəngli “SpongeBob” sayağı şalvarda şəklinin sosial mediada yayılması ilə bağlı 6 ay müddətində futbol qadağan olunub.

Sosha Makani

Sosha Makani

SpongeBob – Süngər Bob ABŞ-da məşhur multiplikasiya seriallarının məzəli qəhrəmanıdır.

İran Futbol Federasiyasının əxlaq komitəsi Makaninin geyimini ədəb normalarına zidd adlandırıb.

Lakin İran mediasının bəzi xəbərlərinə görə bu qərar qəti deyil və Makani Apellyasiya Komitəsinə müraciət edə bilər.

İlk dəfə deyil

“The Washington Post” yazır ki, bu hadisə 29 yaşlı qolkiperin sosial mediaya görə “zibilə düşdüyü” ilk dəfə deyil.

Bu ilin yanvarında Makaninin bir neçə hicabsız qadınla şəkilləri sosial mediada görünəndən sonra futbolçu Evin həbsxanasına salınmışdı.

Sosha Makani bu fotolara görə Evin həbsxanasına salınmışdı

Sosha Makani bu fotolara görə Evin həbsxanasına salınmışdı

Futbolçunun vəkili Hossein Raeesi o vaxt İranda İnsan Haqları Beynəlxalq Kampaniyasına demişdi ki, Makaniyə qarşı İranın Kibercinayət qanununa əsasən ittiham irəli sürülüb.

Bu qanunda deyilir ki, özünün və başqalarınınədəbsiz şəkilləriniinternetə qoymuş şəxs cinayət əməli törətmiş sayılır.

Lakin vəkil əlavə etmişdi ki, bu fotoları böyük bir ehtimalla futbolçunun özü paylaşmamışdı.

Kibercinayət qanunun 17-ci maddəsində deyilir ki, başqalarının şəxsi və ailə fotolarını onların şərəf və ləyaqətinə xələl gətirəcək tərzdə internetdə paylaşılmasına görə 91 gündən iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Belə şəxslər alternativ qaydada 40 milyon rialadək (1340 dollar) cərimə oluna bilərlər.

Tanınmışlar

“The Washington Post” yazır ki, son aylarda iranlıların internet fəaliyyətinə görə təqib edilməsi halları kütləvi xarakter alıb.

Aktrisa Tərane Əlidusti mətbuat konfransında

Aktrisa Tərane Əlidusti mətbuat konfransında

Tanınmış idmançılar və sənətçilər bu təqibin hədəfinə daha tez-tez çevrilirlər.

Hələ ötən yanvarda Tehran prokuroru Abbas Jafari Dowlatabadi idmançlılara və aktyorlara onların sosial mediada paylaşılan “islama zidd” fotoları ilə bağlı xəbərdarlıq etmişdi.

Ötən ay İranda ədliyyə Hörümçək-2 adlı əməliyyat keçirmiş, 8 sosial media modeli həbs olunmuş, xeyli sayda foto və gözəllik salonları bağlanmışdı.

Lap bu yaxınlarda isə Kann Kino Festivalının mükafatçısı, aktrisa Tərane Əlidusti Tehranda keçirilən mətbuat konfransında əlini mikrofona uzadarkən biləyindəki feminist emblemin döymə təsviri göründükdən sonra ölkənin mühafizəkar ruhaniləri hiddətlənmişdilər.

Bir çox İran təhlilçiləri sosial media üzərinə mütəşəkkil hücumları mühafizəkarların uğursuz seçkinin qisasını almaları kimi qiymətləndirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG