Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:33

“Azərbaycanın İrana icarəyə veriləsi əkin sahələri yoxdur”


İllüstrasiya
İllüstrasiya

►İran Azərbaycanda aqrar sektora investisiya qoymaq istəyir, ekspert isə əkin sahələrinin azlığından danışır

“Hazırda İranın işadamları ilə bizim nazirliyin mütəxəssisləri görüşürlər, işçi qrupu səviyyəsində müzakirələr gedir”.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Murtuzəli Hacıyev mayın 17-də AzadlıqRadiosuna deyib.

Gözlə

No media source currently available

0:00 0:00:46 0:00
Direct-ə keçid

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq müzakirə olunub:

“Birgə müəssisələrin yaradılması, pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafı müzakirə edilib. Bilirsiz, İrandan barama qurdları gətirilib bizdə bəslənir. Baramaçılığın inkişafı nəzərdə tutulur”.

Murtuzəli Hacıyev deyir ki, İrandan 50-yə qədər iş adamı gəlib, biznes forum keçirilib, İranın kənd təsərrüfatı təcrübəsindən istifadə edilə bilər.

“Birgə məhsul istehsal edib üçüncü ölkəyə sataq”

İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti Azərbaycan-İran biznes forumunda bildirib ki, Azərbaycanla artıq baytarlıq sahəsində sənəd imzalanıb, digər sahələrdə də müvafiq sənədlər imzalanacaq.

İran naziri Azərbaycanda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı müştərək müəssisələr yaratmaq niyyətində olduğunu diqqətə çatdırıb.

Onun fikrincə, ölkələr arasında belə səmərəli əməkdaşlıq müsbət nəticələr verəcək. İran artıq Rusiya, Qazaxıstan və Braziliya ilə bu sahədə əməkdaşlıq əlaqələri qurub.

Qadir İbrahimli
Qadir İbrahimli

İranlı nazir təklif edib ki, Azərbaycan əkin sahələrini iranlı fermerlərə uzunmüddətli icarəyə versin.

“Özü pul qoymursa, xarici investorla işləməyə məcburdur”

“Əgər Azərbaycan özü aqrar sektorunda ciddi dəyişiklik etməyi bacarmırsa, maliyyə resursu yoxdursa, bu sahədə xarici investorlarla işləməyə məcburdur”, - iqtisadçı Qadir İbrahimli belə deyir.

Gözlə

No media source currently available

0:00 0:00:42 0:00
Direct-ə keçid

Onun fikrincə, əslində belə investisiyalar ölkəyə lazımdır:

“Nəzərə alsaq ki, ölkənin əmək qüvvəsinin böyük hissəsi aqrar sektora düşür, o zaman belə layihələrin, sərmayələrin əhəmiyyəti üzə çıxır”.

Kənd təsərrüfatı sektorunda Azərbaycan-İran arasında iqtisadi layihələrin yaranmasını müsbət qiymətləndirən Qadir İbrahimli əlavə edir ki, detallar açıqlanmadığından nəticələr barədə indidən danışmaq tezdir.

“İşsizlərin çoxu kənd yerlərinin payına düşür”

Azərbaycanın İrana icarəyə verəsi əkin sahələri yoxdur. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə düşünür. Onun sözlərinə görə, Azərbaycanda adambaşına düşən əkin sahəsi çox azdır:

Gözlə

No media source currently available

0:00 0:02:22 0:00
Direct-ə keçid

“Təsəvvür edin ki, adambaşına 16 sot əkin sahəsi düşür. Torpağımızın 20 faizi işğal altındadır. Üstəlik, kənd təsərrüfatı sahəsi üzrə çalışanların sayı çoxdur. Kənddə yaşayanların sayı ölkə əhalisinin 47 faizini təşkil edir. Kənd yerlərində işsizlərin sayı daha çoxdur”.

Vahid Məhərrəmov deyir ki, Azərbaycanda aqrar sektorun yetərincə problemi var. Onun fikrincə, hökumət bu problemləri özü həll etmək istəmir və bunu xarici işadamlarının üzərinə atmağa çalışır:

“Biz digər ölkələrin investorlarına ümid etməməliyik. Kifayət qədər işçi qüvvəmiz var, aqrar sektorda biznesin səmərəliliyini artırmaqdan ötrü mövcud problemləri aradan qaldırmalıyıq, bu sahədəki monopoliyadan imtina etməliyik”.

Vahid Məhərrəmov hesab edir ki, torpaqları xarici fermerlərə icarəyə verməkdənsə, hökumət mövcud resursları çərçivəsində kənd təsərrüfatının sistemli inkişafı ilə bağlı Dövlət Proqramı qəbul etməlidir.

Torpaq istifadəsizdirsə, cərimə ödə

Bir neçə gün öncə parlament istifadə edilməyən kənd təsərrüfatı torpaqları ilə bağlı cərimələri kəskin artırıb. Vergi Məcəlləsinə 206.1-1-ci maddə əlavə edilib. Həmin maddəyə görə, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi hər 100 kvadratmetrinə görə 10 manat (1 hektar torpaq sahəsinə görə, 1000 manat) müəyyən edilir.

Vergilər Məcəlləsinin əvvəlki mətnində kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 0,06 manat müəyyən edilirdi.

Müstəqil iqtisadçılar düşünür ki, belə cərimədən sonra insanların çoxu torpaqdan imtina edə bilər.

Buna da bax: Azərbaycan kəndlisi niyə varlana bilmir?

Azərbaycan kəndlisi niyə varlana bilmir?
Gözlə

No media source currently available

0:00 0:13:57 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 may)

Kimə deyirsən, işgəncəyə münasibət bildir, qaçır…

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 may)

"Araşdırmırsa, deməli, işgəncələrin arxasında dövlət dayanır"
Ramil Usubovun polisdəki işgəncələrdən xəbəri var?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG