Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:12

Ermənistanla İranın yeni qaz sövdələşməsi


İrandan Ermənistana uzanan qaz kəməri
İrandan Ermənistana uzanan qaz kəməri

Cümə günü yüksək vəzifəli erməni rəsmisi bildirib ki, Ermənistan qonşu İrandan təbii qaz idxalını artırmağı planlaşdırır və tezliklə bununla bağlı müqavilə imzalanacaq.

AzadlıqRadiosu-nun erməni xidmətinin yaydığı məlumatda belə deyilir.

Hazırda Ermənistan 2008-ci ildə tikilmiş boru kəməri vasitəsilə İrandan ildə 50 milyon kubmetr qaz idxal edir. Müqayisə üçün deyək ki, Rusiyanın Ermənistana satdığı qazın ümumi həcmi təqribən 2 milyard kubmetrdir.

Buna da bax: Azərbaycan erməni kilsələrini də qazla təmin edib

YENİDƏN GÜRCÜSTANA İXRAC OLUNACAQ

İndiyədək İran qazını rəsmən dövlətin nəzarətində olan istilik-elektrik stansiyası satın alırdı. Stansiya alınan qazın əvəzində İrana elektrik enerjisi göndərirdi.

Ermənistanın İrandakı səfiri Artashes Tumanian bildirib ki, Yerevan bu yaxınlarda daha çox İran qazı almağı təklif edib. Bu qazın bir hissəsi yenidən Gürcüstana ixrac ediləcək. Səfirin sözlərinə görə, İran tərəfi bu təklifi qəbul edib.

“Hal-hazırda müvafiq sənədlər hazırlanır və layihələr üzərində iş gedir. Düşünürəm ki, qeyri-adi bir şey baş verməsə, saziş imzalanacaq”, deyə Tumanian RFE/RL-in erməni xidmətinə bildirib. O, imzalanmanın tarixi barədə bilgi verməyib.

Buna da bax: İqdır-Naxçıvan qaz kəmərinin gizlin məqamları

“HEÇ KİMİN MARAQLARINA ZİDD DEYİL”

Avqustda Enerji naziri Levon Yolian-ın Tehrana səfərindən sonra Ermənistan hökuməti İran qazının idxalından ötrü enerji şirkəti yaradacağını elan etmişdi. Ancaq idxalın həcmləri barədə heç bir məlumat verilməyib.

Tumanian iddia edir ki, Rusiya Ermənistanla İran arasında planlaşdırılan sövdələşməyə etiraz etməyəcək, çünki bu sövdələşmə "heç kimin maraqlarına zidd deyil".

“Sənədlər razılaşdırılmağa hazırdır və tərəflərin heç birində maneə görmürəm", deyə səfir bildirib.

Yerevanın İran qazının ixracını artırmağa qərar verməsindən öncə də iki ölkənin mübadiləsi xeyli genişləndiriləcəkdi. Belə ki, onları birləşdirən üçüncü enerji ötürmə xətti çəkilməkdədir. Dəyəri 120 milyon dollar olan bu xəttin çəkilişinin 2019-cu ildə başa çatacağı gözlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG