Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:44

Ermənistan ABŞ-la İran arasında «ticarət platforması»na çevrilir?


Səfir Richard Mills
Səfir Richard Mills

-

İrana qarşı beynəlxalq sanksiyaların ləğvi Ermənistanı ABŞ-la İran arasında ticarət platformasına çevirə bilər. ABŞ-ın İrandakı səfiri Richard Mills bu fikirdədir.

Mills ABŞ prezidenti Barack Obama-ya istinadən onu da deyib ki, ötən il Amerikanın Ermənistan iqtisadiyyatına yüksək investisiyası ABŞ-Ermənistan iqtisadi əməkdaşlığında «yalnız başlanğıcdır».

Ermənistan Xarici İşlər Nazirliyi bildirir ki, Obama bu fikirləri ötən ay Ermənistanın yeni səfiri Grigor Hovhannisyan-la görüşündə dilə gətirib.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, 2015-ci ildə Ermənistandakı Voratan Hidroelektrik Kompleksinin alınmasına ABŞ 250 milyon dollar xərcləyib.

ABŞ HÖKUMƏTİNİN ERMƏNİSTANDAKI ÖNCƏLİYİ

«Prezident Obama-nın sözləri ABŞ hökumətinin Ermənistandakı öncəliyinin əks-sədası – «Amerika investisiya və ticarətinin yüksəkdilməsi»dir. Mills Ermənistanda Facebookistifadəçiləri ilə onlayn söhbətində belə deyib.

ABŞ diplomatı Voratan alqı-satqısını və 2015-ci ilin mayında ABŞ-Ermənistan Ticarət və İnvestisiya Şurası Razılaşmasını da xatırladıb: «Bunlar, fikrimcə, Ermənistan iqtisadiyyatının inkişafa qədəm qoymasını və islahatların Amerika investorlarının diqqətini çəkməsini göstərir».

Serzh Sarkisian və Hassan Rouhani
Serzh Sarkisian və Hassan Rouhani

Mills bildirib ki, İrana qarşı sanksiyalar götürüldükdən sonra Ermənistanın önəmi daha da artıb və ölkə ABŞ-ın İranla ticarət əlaqələrində vacib platformaya çevrilib.

«ERMƏNİSTANIN İRANLA ƏMƏKDAŞLIĞINA ETİRAZ ETMİRİK»

Səfir fevralın 5-də AzadlıqRadiosunun erməni xidmətinə şərhində açıq-aydın onu da söyləyib ki, Vaşinqton Ermənistanın İranla ticarət əlaqələrini genişləndirməsinə etiraz etmir.

Ermənistan prezidenti Serzh Sarkisian iranlı həmkarı Hassan Rouhani ilə ötən ay telefon söhbətində yeni iqtisadi əlaqələri müzakirə ediblər.

Daha öncə - 2015-ci ilin avqustunda isə hər iki ölkə Ermənistanın elektrik ixracatçısına çevrilməsinə yol açan yeni elektrik stansiyasının tikilməsi barədə razılığa gəlib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG