Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:48

İran və Ermənistan azad iqtisadi zonası yaradır


İran prezidenti Hassan Rohani (sold) və Ermənistan prezidenti Serzh Sarkisian, Tehran, 2013
İran prezidenti Hassan Rohani (sold) və Ermənistan prezidenti Serzh Sarkisian, Tehran, 2013

-

Ermənistan hökuməti Meğridə İranla azad iqtisadi zonasın yaradılması üzərində intensiv işləyir.

Bu barədə məlumat verən Ermənistanın iqtisadiyyat naziri Artsvik Minasyan azad iqtisadi zonanın nə zaman fəaliyyətə başlayacağını deməyə çətinlik çəkib.

"İranla azad iqtisadi zonanın qurulması, özəlliklə də, sərhəd rayonlarda məhsul istehsalı və xidmətlərin göstərilməsinə yaxşı imkan yaradacaq... Biz həm istehsalı, həm də ixracatı daha da artıra biləcəyik", nazir söyləyib.

Buna da bax: Azərbaycan Rusiyayla İranı ələ alır

Avqustun 12-də Soçidə Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrin hökumət başçılarının görüşü keçirilib. Ermənistanın baş naziri Ovik Abramyan bu görüşdə Meğridə azad iqtisadi zonanın yaradılmasına dair razılaşmanın əldə edldiyini bildirib. Onun sözlərinə görə bu, AİB ölkələri və İrandan iş adamlarının həmin zonada müəssisələr yaradaraq, məhsullarını birliyin ümumi bazarına ixrac etməsinə imkan verəcək.

"Bu razılaşma Ermənistan Respublikasının baş nazirinin təklifi əsasında əldə olunub. İndi əsas vəzifəmiz bununla bağlı qanunvericiliyi təmin etməkdir. Bundan ötrü hazırda azad iqtisadi zonanın yaradıması layihəsi təqdim olunub. Layihə təsdiq mərhələsindədir və ən yaxın zamanda həm istiqamtləri, həm də məqsədləri müəyyənləşəcək," Artsvik Minasyan deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG