Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:33

İranda inqilabın təməlini qoyanlardan birinin –Ayətulla Hossein Ali Montazeri-nin oğlu həbs cəzasına məhkum edilib. Səbəb inqilabçı oğlu Ahmad Montazeri-nin atasının məhbusların edamıyla bağlı söhbətinin səs yazısını yaymasıdır.

60 yaşlı ruhani A.Montazeri-nin yaydığı audio inqilabçının 1988-ci ildə İran həbsxanalarındakı məhbusların edamına etirazını üzə çıxarıb.

5 MİNƏDƏK SİYASİ MƏHBUS

Beynəlxalq insan haqları təşkilatı «Amnesty International»ın məlumatına görə, 1988-ci ildə, İraqla müharibənin sonlarında İran həbsxanalarında 5 minədək siyasi məhbusu edam ediblər. Bəzi mənbələr edam olunanların sayının 30 minə yaxın olduğunu yazır. «The Indian Express» saytı yazır ki, öldürülənlərin hamısı müharibə vaxtı İraq lideri Saddam Hussein-in tərəfinə keçməkdə, İslam hökumətinə qarşı qiyamda günahlandırılanlar olub.

40 dəqiqəlik səs yazısında Ayətulla Hossein Ali Montazeri-nin inqilab məhkəməsinin üzvləriylə bu haqda mübahisəsi eşidilir.

İranın Qum şəhər məhkəməsi inqilabçının oğlu A.Montazeri-ni gizli səs yazısını yaymaqla milli təhlükəsizliyə xələl gətirməkdə, rejim əleyhinə təbliğatda günahlandırıb, ona 6 illik həbs cəzası verib. Əvvəl məhkəmə A.Montazeri-yə daha artıq – 21 il cəza kəsibmiş. Amma ittihamın yetərsizliyi və məhkumun qardaşının terror qurbanı olmasını nəzərə alaraq, cəzanı 6 ilə qədər azaldıblar.

KHOMEINI-NİN SAĞ ƏLİ

«The Daily Times» saytı yazır ki, əslində, Ayətulla Hossein Ali Montazeri İran İslam İnqilabının lideri Ayətulla Ruhollah Khomeini-nin sağ əli sayılırmış. Onun qiyamçıların edamına etirazını aşkarlayan səs yazısı çoxlarını təəccübləndirib. Çünki Montazeri edama qarşı çıxan çox az adamdan biri olub. Amma mətbuat onun ölənədək mühafizəkarların tənqidçisi kimi tanındığını da qeyd edir.

Montazeri-nin oğlu atasının səs yazısını onun ölümündən 7 il keçincə, bu ilin avqustunda yayımlayıb. Bundan dərhal sonra İranın ədliyyə naziri Mostafa Pourmohammadi çıxış edib, «Allahın əmrini yerinə yetirdiyimizə görə fəxr edirik» deyərək, Allah və xalqa qarşı çıxanlarla mübarizədə möhkəm dayandıqlarını vurğulayıb.

Mətbuatın yazdığına görə, audio yazıdakı mübahisəyə bu nazirin də qatıldığı güman olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG