Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:55

Azərbaycanın müstəqilliyi İran azərbaycanlıları üçün nə deməkdir?


Azərbaycanda tarixən Arazın hər iki tərəfində baş verən ictimai-siyasi hadisələr həmişə hər iki tərəfin insanları üçün maraqlı olub.

Bir çoxlarının şimali Azərbaycan adlandırdıqları, sovet vaxtlarında isə İranda şurəvi kimi tanınan Azərbaycann Respublikasında Səttarxan, Xiyabani və Pişəvəri kimi milli-azadlıq hərəkatı liderləri öyrənilib, sevilib və tərənnüm edilib.

Eyni maraq bir çoxlarının cənubi Azərbaycan adlandırdıqları şimali İranda da var. Bu tayın sənət adamlarını, musiqilərini o tayın insanları özününkü biliblər. Əslində SSRİ-nin çökməsüinə lap az qalmış, 1989-cu ilin dekabrında İran-SSRİ sərhədinin fəallar tərəfindən sökülməsi də siyasi aksiya kimi xüsusi məna daşıyırdı.

Bundan az sonra şimaldakı Azərbaycan müstəqil olacaqdı. Bəs görəsən bütün bu baş verənlər cənubi azərbaycanlılar üçün nə demək idi?

İran Azərbaycanından olan siyasi fəal Yədulla Kənani deyir ki, cənub həmişə şimali Azərbaycandan qidalandığı üçün qüzeyin müstəqilliyi onun üçün böyük önəm daşıyıb:

Daha bir fəal Həsən Məhtəvi isə burda daha demokratik Azərbaycanın qurulmasının tərəfdarıdır. O bunu onunla əsaslandırır ki, əgər şimali Azərbaycanda daha demokratik dövlət qurularsa, Güney bir o qədər fəallaşar:

Dünya Azərbaycanlıları Konqresinin nümayəndəsi Babək Muğanlı isə bildirir ki, onlar bir müstəqil dövlətlərinin olduğu üçün çox sevinirlər. Amma İran Azərbaycanınında daha azad, daha demokratik dövlət qurmaq arzusundadırlar. Eyni zamanda burda da daha azad və demokratik ölkə görmək istəyirlər. Onun sözlərinə görə, Şimal Güney üçün həmişə örnək olub:

XS
SM
MD
LG