Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:52

İran “ABŞ gəmisinin üstündən dron uçurdub”


İran televiziyasından görüntü

İran televiziyasından görüntü

İran öz silahlı qüvvələrinin Körfəzdə keçirilən hərbi donanma təlimləri zamanı Amerika təyyarədaşıyan gəmisinin üstündən pilotsuz təyyarə uçurduğunu xəbər verib

İran dövlət televiziyasının veridiyi xəbərə görə, İran silahlı qüvvələri Körfəzdə keçirilən hərbi donanma təlimləri zamanı Amerika təyyarədaşıyan gəmisinin üstündən pilotsuz təyyarə uçuraraq onun “dəqiq” görüntülərini çəkib.

Televiziya xəbərlərində adı çəkilməyən ABŞ hərbi gəmisini göstərən videosüjet nümayiş etdirilib.

ABŞ xəbər verir ki, sözü gedən dron Harry S Truman gəmisi üçün təhlükə təşkil etməsə də, bu, “çox qeyri-peşəkar və anormal hərəkət” olub

İran hərbi dəniz donanmasının komandanlığı hərbçilərə Amerika gəmisinə bu məsafədə yaxınlaşa bildiklərinə görə təşəkkür edib.

ABŞ bu yaxınlarda hərbi gəmilərinin üzərindən bir İran dronunun uçduğunu təsdiq edib, lakin söhbətin məhz həmin insidentdən gedib-getmədiyi məlum olmayıb.

Reuters agentliyi ABŞ hərbi dəniz donanmasının sözçüsünə istinadən xəbər verir ki, sözü gedən dron Harry S Truman gəmisi üçün təhlükə təşkil etməsə də, bu, “çox qeyri-peşəkar və anormal hərəkət” olub.

Sözçü Nicole Schwegman deyib ki, insident yanvarın 12-də, 10 ABŞ dənizçisinin İranın ərazi sularında həbs olunduğu gün baş verib.

Admiral Habibollah Sayyari

İran televiziyası isə hadisənin nə vaxt baş verdiyini deməyib, sadəcə olaraq insidentin dəniz təlimlərinin üçüncü günündə yer aldığını bildirib.

İRNA agentliyinin verdiyi xəbərə görə, sözü gedən təlimlərdə İranın yüngül sualtı qayıqları da kəşfiyyat əməliyyatında iştirak edib.

Harry S. Truman gəmisi

Harry S. Truman gəmisi

İran dəniz donanmasının komandanı admiral Habibollah Sayyari dövlət telekanalına deyib ki, “bu hadisə bizim dron əməliyyatlarımızın cəsarətini, təcrübəsini və elmi qüdrətini nümayiş etdirib”.

İran üzərindəki beynəlxalq sanksiyalar bu ay qaldırılıb. Lakin bunun ardınca ABŞ İran üzərinə yeni sanksiyalar qoyub. İran bu sanksiyaları legitim saymadığını bəyan edib.

Bir çox ABŞ təhlilçiləri İranın üzərindən sanksiyaların qalxması ilə Tehranın təxribatlar üçün daha da əl-qol açacağını proqnozlaşdırmışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG