Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:48

İran Amerika maşınlarını qadağan etdi


«Chevrolet» avtomobilləri
«Chevrolet» avtomobilləri

-

İran Amerika avtomobillərinin idxalını dayandırıb. Buna səbəb ali dini lider Ayətulla Ali Khamenei-nin öz nitqində bu avtomobilləri tənqid etməsidir.

On illərlə ABŞ avtomobil istehsalçılarının İrana maşın satması qadağan edilmişdi. Buna baxmayaraq, Tehran «General Motors»un qolu olan «Chevrolet»nin 24 modelinin başqa ölkələr vasitəsilə idxalına icazə verirdi.

Tehranın bu yeni qadağası isə mayın 1-də tətbiq olunub. Aprelin 27-də Khamenei öz nitqində ümumiyyətlə, iranlıların niyə Amerika maşınları sürməli olduğunu sual etmişdi.

«Amerikalıların özləri də ABŞ-da istehsal olunmuş maşınlardan istifadə etmirlər. Bu, Amerika mediasında əks olunub. Onlar deyirlər ki, bu maşınlar ağırdır və çox yanacaq sərf edir», - deyə Khamenei bildirmişdi.

«General Motors» keçən ay ABŞ-da 259 min 557 avtomobil satıb. Şirkət AP-yə bildirib ki, onun, onsuz da, İranbazarına girmək planı yoxdur, baxmayaraq ki, İran Qərb şirkətlərinin daxil olmadığı böyük bazardır.

«General Motors»un sözçüsü deyib ki, digər Qərb ölkələri İrana avtomobil satışını yasaqlayan sanksiyaları qaldırsa da, ABŞ hələ ki Tehranla əksər ticarət əlaqələrinə qoyduğu qadağanı saxlamaqdadır. Onun sözlərinə görə, şirkət bu sanksiyalara əməl etməyə davam edəcək.

Hazırda İranda 1979-cu il İslam inqilabından əvvəl istehsal olunmuş maşınlar xaric, çox az sayda Amerika avtomobili var.

Sanksiyaların aradan qaldırılmasından sonra İran həm mühüm avtomobil istehsalçısı, həm də istehlakçısı olmaq planını elan edib.

Tehran əsas Avropa avtomobil istehsalçıları ilə birgə zavodların yaradılması barədə danışıqlar aparır. Onların arasında «Fiat», «Mercedes Benz», «Peugeot», «Renault» və «Volkswagen» də var.

Sanksiyalar dövründə ölkədə avtomobil istehsalı 2011-ci ildə 1.65 milyondan 2013-cü ildə 740 minə enmişdi.

Sonradan istehsal yenidən artaraq 2014-cü ildə 1.1 milyona qalxmışdı. İran rəsmiləri deyirlər ki, onların məqsədi 2018-ci ildə bu sayı 1.6 milyona, 2022-ci ildə 2 milyona, 2025-ci ilə qədərsə 3 milyona çatdırmaqdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG