Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

Yeni yayılan videoda əsirləri 10 yaşlı özbək uşaq edam edir


İrakda (Mosul) əsirləri edam edən 10 yaşlı özbək oğlan

İrakda (Mosul) əsirləri edam edən 10 yaşlı özbək oğlan

Noyabrın 9-da İŞİD (“İslam Dövləti” silahlı qruplaşması) qəddar edamları göstərən 14 dəqiqəlik video yayıb. Mosulda çəkilmiş videoda dörd azyaşlı cəllad əsirləri öldürür.

Onlardan biri Özbəkistandan olan 10 yaşlı oğlandır. Videoda deyilir ki, cəllad oğlanın adı Abubakr Uzbeki-dir. BMT İnsan Hüquqları üzrə Ali Komissarının mətbuat katibi Ravina Shamdasani bildirib ki, İŞİD-in dörd cəlladı "casus" sayılan dörd əsiri edam edib.

Buna da bax:​ Dünyada terror qurbanlarının sayı azalıb, amma...

14 dəqiqəlik videoyazıda iddia olunur ki, uniformalı, üzünü qara eynək örtmüş təqribən 10 yaşlı oğlan uşağı milliyyətcə özbəkdir. Kadrlarda onun narincı kombinezon geymiş əsirlərdən birini tapançadan başına atəş açmaqla öldürdüyü görünür. Edamdan öncə başqa bir cəllad oğlan çeçen aksenti ilə rusca bunları deyir:

«Qulaq as, Putin, biz Rusiyaya gəlib sizi evinizdə öldürəcəyik və sizə heç kim kömək etməyəcək».

Üç kamera ilə çəkilmiş videoyazının sonunda əsirlərin cansız bədənlərinin suya düşdüyü görünür.

“XİLAFƏTİN ŞİR BALALARI”

BMT İnsan Hüquqları üzrə Ali Komissarının mətbuat katibi Ravina Shamdasaninin sözlərinə görə, bu videoyazı həqiqətən də "İslam Dövləti" ekstremist qruplaşmasına məxsusdur.

Buna da bax: İŞİD partizan ordusuna çevrilir

Balaca cəlladın edam kadrı

Balaca cəlladın edam kadrı

"Bizim İraqdakı mütəxəssislərimiz müəyyən ediblər ki, konkret olaraq bu halın görüntüləndiyi bu videoyazı ...həqiqidir. Cəllad oğlanlardan biri əslən Özbəkistandan, ikincisi Rusiyadan, digər ikisi isə İraqdandır", – deyə Ravina Shamdasani BMT radiosunda çıxışında bildirib.

AzadlıqRadiosu-nun özbək xidməti bildirir ki, Mosulda silahsız əsirlərin qəddarcasına qətlində iştirak edən oğlan uşaqları İŞİD-in "Xilafətin şir balaları" adlı düşərgəsinin şagirdlərindəndirlər. Bu düşərgənin kamikadzelər hazırladığı bildirilir.

Ötən il İŞİD sıralarında döyüşən özbək yaraqlısı Khurshid Mukhtarov AzadlıqRadiosu-nun özbək xidmətinə bildirmişdi ki, bu uşaqlar «xilafətin gələcəyi» qismində «tərbiyə olunurlar».

Buna da bax:​ Mosulda 40 dinc sakin elektrik dirəklərindən asılıb

TƏBLİĞAT ALƏTİ

Bu gün artıq Orta Asiyadan Suriyaya öz ailələri ilə birlikdə gəlmiş bu uşaqların yalnız İŞİD-in əlində təbliğat aləti olması heç kimə sirr deyil.

Ötən ilin əvvəllərində İŞİD Qazaxıstandan bir oğlan uşağının casus olduğu bildirilən adamı edam etdiyini görüntüləyən video yaymışdı.

Həmin videoyazının sonunda oğlan «mücahid kimi kafirlərin başını üzmək arzusunu» dilə gətirirdi.

Müşahidəçilər deyirlər ki, İŞİD-in cəllad uşaqları Orta Asiyadan Suriyaya öz ailələri ilə birlikdə gəliblər.

Buna da bax:​ İŞİD-ə qoşulmaqda suçlanan daha 7 azərbaycanlıya hökm oxundu

AZI 1000 YARAQLI UŞAQ

Daha öncə Azadlıq Radiosunun özbək xidməti islam yaraqlılarının sıralarında azı 1000-dən çox özbək uşağın vuruşduğunu bildirmişdi.

Radionun özbək xidmətində olan bilgiyə görə, Pakistanda olan özbək yaraqlılarının uşaqlarından da mücahidlər yetişdirilir.

Moskva universitetlərindən birində araşdırma aparan özbəkistanlı psixoloq Nargiza Abdullayeva bildirib ki, sabah bu problem Özbəkistandan ötrü əsl başağrısına çevrilə bilər.

Buna da bax: İŞİD yeni Hitler gəncləri yaradır

"Müharibə və edamların dəhşəti uşaqların şüurunu sarsıda, psixikasını sıradan çıxara bilər. Belə uşaqların cəmiyyətə inteqrasiya prosesi uzun və çətin olur. Ancaq Afrika və dünyanın digər qaynar nöqtələrindən olan əsgər uşaqların cəmiyyətə inteqrasiyası praktikası mövcuddur. Hər il UNICEF-in gerçəkləşdirdiyi bu proqramın köməyilə özbək əsgər uşaqlarını cəmiyyətə qaytarmaq olar", – deyə Nargiza Abdullayeva AzadlıqRadiosu-na bildirib.

Psixoloqun sözlərinə görə, uşaqlığı oyun meydançalarında yox, qaynar nöqtələrdə keçən bu uşaqlar Özbəkistan cəmiyyətinin gələcəyinə təhlükə hesab edilirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG