Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:50

İraq ordusu Mosul şəhərinin “İslam Dövləti” qruplaşmasından (İŞİD) geri alınması əməliyyatından əvvəl şəhər əhalisinə havadan on minlərlə vərəqələr göndərib.

Vərəqələrdə əməliyyatdan əvvəl əhalinin təhlükəsizliklə bağlı nə edə biləcəkləri yazılıb.

Vərəqələrdə əhalinin pəncərələrinin çərçivələrini gücləndirmələri, hava hücumu zamanı bomba düşən yerlərin ətrafına azı bir saat getməmələri, vacib olmadıqca maşından istifadə etməmələri yazılır. Həmin vərəqələrdə döyüşlərdəki son qələbələrdən də bəhs edilir.

İraqın ikinci ən böyük şəhəri olan Mosulu 2014-cü ilin iyununda “İslam Dövləti” qruplaşması (İŞİD) ələ keçirib.

Oktyabrın 15-dən gecə İraq ordusunun koalisiya qüvvələrinin yardımı ilə Mosulun şərqini havadan bombaladığı xəbərləri yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG