Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:44

İraq İŞİD-in məhv edilməsi üçün son mərhələyə daxil olur 


Foto: arxiv

Foto: arxiv

İraq “İslam Dövləti” qruplaşmasının (İŞİD) məhv edilməsi üçün son mərhələyə daxil olur.

Bunu İraqın baş naziri Haydar al-İbadi deyib.

Baş nazir bildirib ki, İraq, Türkiyə başda olmaqla bütün qonşu ölkələrlə sülh içində yaşamaq istəyir.

Buna da bax: İŞİD-la müharibənin xronologiyası

İbadi Kərkükün Havice yaşayış məntəqəsinin geri alınması üçün aparılan son hazırlıqlarla tanış olmaq üçün Kərkükə gəlib.

Baş nazir Kərkük valisi Necmeddin Kerim ilə görüşəndən sonra mətbuat konfransı keçirib. Deyib ki, İraq ordusu Mosulun xilası əməliyyatına çox yaxındır.

Günün bütün mövzuları

XS
SM
MD
LG