Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:40

Şiə qruplaşması türkmənlərin yaşadığı Telaferi İŞİD-dən almaq istəyir. İraqda Haşdi Şabi qruplaşmasına bağlı qüvvələr Mosulun qərbindəki Telafer yaşayış məntəqəsini almaq üçün əməliyyata başlayıb.

Hizbullah Tuqayları qrupu bəzi digər qruplarla birlikdə Telafere doğru irəlilədiyini açıqlayıb.

Hizbullah Tuqayları şiə qrupu olan Haşdi Şabinin bir qoludur.

Telafer İraqdakı türkmənlərin sıx yaşadığı yerlərdəndir. Hazırda “İslam Dövləti” qruplaşmasının (İŞİD) nəzarətindədir.

Bu arada İraq silahlı qüvvələrinin İŞİD-in nəzarətində olan Mosuldakı hərbi əməliyyatları davam edir.

İraq ordusunun iki həftəlik əməliyyatlardan sonra Mosul şəhərinin 35 kilometrliyinə yaxınlaşdığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG