Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:48

10 il öncə 35 faiz artan Azərbaycan iqtisadiyyatına bəd xəbər


"Analoqsuz quyu". Şerif. Karikatura.
"Analoqsuz quyu". Şerif. Karikatura.

Azərbaycan iqtisadiyyatı ilə bağlı bir bədbin proqnoz da Dünya Bankından (DB-dən) gəlib.

Bankın Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer deyib ki, yaxın 3 ildə Azərbaycanda iqtisadi artım gözlənilmir: “Hazırda Azərbaycanda 3 faizlik iqtisadi geriləmə var. İnflyasiya ikirəqəmli səviyyədədir. Növbəti iki ildə də, artım 3 faiz səviyyəsində olacaq. Bu o deməkdir ki, qarşıdakı üç ildə artım gözlənilmir”.

DB rəsmisi fikrini onunla əsaslandırıb ki, növbəti 3 ildəki artım, bu ildəki azalma qədər olacaq. Bu isə 0 artım deməkdir.

Buna da bax:​ Büdcə-2017: Sosial xərclərdən kəsilib, tikintiyə artırılıb... [video]

Azərbaycan hökumətinin proqnozu

2017-2020-ci illər üzrə ÜDM-in həcmi və onun real artımı
2017-ci il
2018-ci il
2019-cu il
2020-ci il
ÜDM, mln. manatla
61419,7
63761,6
67685,4
70543,3
- real artım sürəti, faizlə
1,0
1,5
2,8
2,4
Qeyri-neft sektorunda ÜDM, mln. manatla
41677,6
44127,6
46147,4
48592,6
- real artım sürəti, faizlə
2,5
2,6
1,7
2,8

10 ayın nəticəsinə görə…

İqtisadiyyatdakı artım hökumətin ən fəxr etdiyi göstəricilərdən sayılırdı. İndi ya bunun üstündən sükutla keçilir, ya da geriləmənin “dünyada yaşanan böhrandan” qaynaqlandığını deyirlər. Hökumətin proqnozuna inanmamağa əsas var, çünki bu ilə də, 1,8 faizlik artım göstərilmişdi, ancaq 10 ayın nəticəsinə görə, iqtisadiyyat 3,7 faiz kiçilib.

Buna da bax: Prezidentin köməkçisi: 'Azərbaycan Cənubi Qafqazın lideridir'

Azərbaycan iqtisadiyyatı 2003-cü ildə - 11,2; 2004-cü ildə 10,2; 2005-ci ildə - 26,4, 2006-cı ildə - 34,5; 2007-ci ildə - 25; 2008-ci ildə 10,8; 2009-cu ildə - 9,3; 2010-cu ildə - 5; 2011-ci ildə - 0,1; 2012-ci ildə -2,2; 2013-cü ildə - 5,8; 2014-cü ildə - 2,8; 2015-ci ildə - 1,1 faiz artıb.

İki təcili addıma ehtiyac var?

Məlumdur ki, ÜDM bəlli dövr boyunca istehsal olunan mal və xidmətlərin toplusudur. Keçmişdə buraxılan məhsullara aid sövdələşmələr ÜDM-də əksini tapmır. Dövr deyərkən, adətən, il və ya rüblər nəzərdə tutulur. İqtisadiyyatda ümumi gəlir və əməkhaqqı səviyyəsi birbaşa ÜDM-in səviyyəsindən asılıdır. ÜDM iqtisadiyyatda ilboyu yaranan əlavə dəyərdir. Bu göstəricinin gəlirlər üzrə strukturuna sahibkarlıq gəlirləri (mənfəət, faiz, icarə gəlirləri), muzdla çalışanların gəlirləri (əməkhaqqı) və hökumətin gəlirləri (vergilər) daxildir. Başqa sözlə, ÜDM həcminin dəyişməsi sahibkarın, muzdla çalışanın, hökumətin də gəlirlərini dəyişdirir.

Buna da bax:​ '1 dollar 3-4 manata bərabər olacaq'

Ekspertlərin fikrincə, iqtisadiyyatın artması üçün 2 təcili addım atılmalıdır: real islahatlar aparılmalı və “gizli iqtisadiyyat” leqallaşdırılmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG