Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:37

Şəhərlər iqlim dəyişikliyi ilə mübarizəni gücləndirir


Foto illüstrasiya
Foto illüstrasiya

Artıq 190 şəhər atmosferə atılan tullantıların azaldılmasını qarşısına məqsəd qoyub, tullantıların azaldılmasından ötrü 3 min müxtəlif tədbir görülür.

«Reuters» informasiya agentliyinin məlumatına görə, keçən ildən, yəni iqlim dəyişikliyi ilə bağlı razılaşma əldə olunandan bəri bu problemə qarşı mübarizə barədə hesabat verən şəhərlərin sayı 70% artıb, 89 ölkənin 533 şəhəri hazırda iqlim dəyişikliyi ilə bağlı tədbirlər görür.

2015-ci ilin dekabrında 195 ölkə qlobal temperaturu salmaqdan ötrü təbii yanacaqdan istifadəni azaltmaq barədə razılığa gəlib.

Londonda yerləşən CDP iqlimi araşdırma qrupu bildirir ki, indi daha çox şəhər istixana qazlarının həcmini azaltmaq üçün onların miqdarını hesablamağa başlayıb. Artıq 10 şəhərdən 4-də belə tədbirlər görülür. Bir neçə il əvvəl 10 şəhərdən biri bu məsələyə ciddi yanaşırdı.

AFRİKADA DA İRƏLİLƏYİŞ VAR

İndi şəhərlər atmosferə atılan ən böyük tullantıları idarə etməyə çalışaraq, enerjidən daha effektli istifadəyə, o cümlədən binaları modernləşdirməyə, motorsuz nəqliyyat infrastrukturunu inkişaf etdirməyə başlayıb.

Tullantılarla bağlı məlumatlarını açıqlayan 44 şəhər bu tullantıların həcmini azaltmaq istiqamətində fəaliyyət planları hazırlayıb. Şəhərlərin 89%-i iqlim dəyişikliyini özlərinə real təhlükə hesab etdiklərini bildiriblər.

Afrikadakı rəqəmlər də keçən illərkilərlə müqayisədə ürəkaçandır. Doğrudur, Afrikada 46 şəhərdən cəmi 3-ü tullantıların azaldılmasının hədəfə alındığını, 17%-i bununla bağlı tədbirlər planı olduğunu bildirib. Amma Afrika şəhərlərinin artıq 93%-i iqlim dəyişikliyini real təhlükə sayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG