Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:25

-

Azərbaycanda ipoteka kreditləşməsi sisteminin normativ-hüquqi bazasının dəyişdirilməsi ilə bağlı müzakirələr gedir.

«Report»un xəbərinə görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

«Makroiqtisadi qrupda bu məsələ müzakirə olunmaqdadır»,-deyə o, qeyd edib.

E.Rüstəmov yaxın vaxtlarda məsələ ilə bağlı aparılan müzakirələrin bitəcəyinə və son qərarın qəbul olunacağına inandığını bildirib.

İpoteka Fondu xətti ilə mayın 1-dək 730 milyon 702 min manat məbləğində 17 min 995 ipoteka krediti verilib.

Bir ay əvvəlsə bu göstərici 730 milyon 608 min manat (17 min 993 kredit) idi. Ötən ay ölkədə cəmi 2 ipoteka krediti verilib.

Azərbaycan İpoteka Fondu 2005-ci ilin dekabrında yaradılıb. İpotekaların verilməsinə 2006-cı ilin martında başlanıb.

Kommersiya şərtləri ilə ipoteka kreditləri 50 min manatadək, illik 8 faizə qədər verilir. Sosial ipotekanın maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4 faizdən çox deyil.

2016-cı ildə ölkə başçısı əlavə 200 milyon manat ipoteka krediti verilməsi haqqında sərəncam imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG