Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:51

Ekspert: “Türkiyənin ipoteka modeli bizə yaramır”


Illüstrasiya
Illüstrasiya

►"Ümumiyyətlə, dövlət sifarişi ilə işləyənin sonu yaxşı olmur”

Mərkəzi Bank (MB) ipoteka kreditləşməsində Türkiyə təcrübəsini nəzərdən keçirir. Trend-in məlumatına görə, qurumun sədri Elman Rüstəmov belə deyib.

Onun sözlərinə görə, Türkiyədə dövlət qurduğu şirkətə torpaq və zəruri infrastrukturla təmin edir:

"Bu şirkət binanı özü tikir, sonra da mənzilləri ilkin ödənişsiz və faizsiz 20-25 illiyə ipotekaya verir. Bu variant müxtəlif sahələrdən daha çox insanın cəlb edilməsinə və onların tikintidə və tikinti materiallarının istehsalında işlə təmin olunmasına yol açır".

Buna da bax: Mərkəzi Bank 500 milyon manat da “xərcə düşdü”

“Dəyişikliklər ilkin ödəniş və...”

E.Rüstəmov ipoteka kreditləşməsində dəyişikliklərə də toxunub və vurğulayıb ki, ay ərzində onların tətbiqi gözlənilir:

"Dəyişikliklər ilkin ödəniş və zəmanət siyasətini də əhatə edəcək".

İpoteka sistemində müxtəlif təcrübələr Azərbaycanda daimi müzakirə mövzularından biridir. Bəs Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqi nə dərəcədə realdır?

Əmlak məsələləri eksperti Rəşad Əliyev təsdiqləyir ki, Türkiyə dövlətin inşaat sektorunda uğurla işlədiyi nadir ölkələrdəndir:

“Nəyə görə nadir? Çünki ancaq orda özünü doğrulda bilib və həmin sistem illərdir uğurla işləyir”.

Buna da bax: Deputat: "Hökumət dollar kreditlərinə güzəşt üçün pul tapmalıdır"

“Dövlət sifarişi ilə işləyənin sonu yaxşı olmur”

Bununla belə, ekspert düşünür ki, Türkiyə modeli Azərbaycan şəraitinəə heç yaramır və nümunə ola biləcək ən sonuncu modeldir:

“Buna oxşar sistem bizdə olub, məsələn, sovet dövründə. Torpağı da, tikinti şirkətini də dövlət ayırıb. Sadəcə, evlər pulsuz verilirdi. Sovetlər dağılınca, bunların sonunu gördünüz. Ümumiyyətlə, dövlət sifarişi ilə işləyənin sonu yaxşı olmur”.

“Özəl sektor bu işi bacaracaqsa...”

Rəşad Əliyev deyir ki, Türkiyə modeli xeyli xərc tələb edən yeni müəssisələr qurulmasını şərtləndirir:

“Həmin müəssisələr səmərəsiz işləyəcəklər. Ona görə də ucuz tikintini yaddan çıxarın. Özəl sektor bu işi bacaracaqsa, dövlətin bu sahədə nə işi var?”.

“Pul varsa...”

Ekspertin fikrincə, dövlət tikintisinin sərfəli olması barədə yalnış təsəvvür var:

“Məsələn, evi dövlət şirkəti tikir və ilkin ödənişsiz faizsiz ipotekaya verir. Deməli, pulun mənbəyi olmalıdır. Pul varsa, elə ipotekanı minimal faizlərlə verin insanlara. İpoteka üzrə adi kreditlər 8 faizə verilir və 20 faiz də ilkin ödənişə gedir. Həmin şərtləri yüngülləşdirmək çətindirsə, o zaman ilkin ödənişsiz və faizsiz kreditləri necə verəcəksiniz?”.

Qarkürüyən: "Kaş ki prezident maaşları artıraydı"
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

XS
SM
MD
LG