Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 21:19

Mənzil ipotekasının faizləri indikindən yüksək ola bilər


►Yeni ipoteka qaydalarında faizi müəyyənləşdirmək səlahiyyəti İpoteka Fondunun Müşahidə Şurasına verilib

Azərbaycanda ipoteka kreditlərinin qaydaları dəyişir. Bu barədə prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” fərmanda bildirilir.

Sözügedən fərmanda Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına kreditlərin verilmə qaydaları da təsdiqlənib.

Kreditin Maksimal məbləği və kredit faizləri:

İpoteka kreditlərinin maksimum məbləğini ölkədaxili social-iqtisadi durumun təhlilinə dayanaraq, İpoteka Fondunun Müşahidə Şurası müəyyənləşdirəcək. Deməli, iqtisadi şəraitdən asılı olaraq, bu göstərici dövri şəkildə yenilənəcək. Kredit faizlərinin dəqiqləşdirilməsi də Şuranın vəzifəsidir.

Kredit müddəti:

Kreditlərin maksimum müddəti saxlanılıb. Adi kreditləri 25 ilə, güzəştli kreditləri isə 30 ilə ödəmək lazımdır. Minimum kredit müddəti 3 ildir.

İlkin ödəniş:

Adi ipoteka kreditləri üzrə kredit məbləği mənzilin dəyərinin 75-85 faizini aşmayacaq. Deməli, ilkin ödəniş 15-25 faiz civarında olmalıdır. Alıcının müraciəti əsasında ilkin ödəniş daha da artırıla bilər. Güzəştli ipoteka kreditləri üzrə ilkin ödəniş 15 faiz olacaq.

Tələb olunan gəlir və yaş tələbləri:

İpoteka krediti üzrə ödəniləcək aylıq məbləğ kreditgötürənin aylıq toplam gəlirinin 70 faizini aşmamalıdır. Yaş həddinə gəlincə, kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunla müəyyən olunmuş pensiya yaşı həddinə çatmamalıdır.

Kreditin qaynaqları:

Güzəştli ipoteka krediti dövlət büdcəsindən ayrılan, eləcə də dövlət zəmanətli istiqrazların emissiyasından əldə olunan vəsait hesabına veriləcək. Dövlət büdcəsindən vəsaitlərin faizsiz verilməsi, heç sözsüz, güşəştli ipoteka kreditləri üzrə daha aşağı faizlərin tətbiqinə yol açacaq. Burdan belə anlamaq olar ki, Fond adi ipoteka kreditlərinə vəsaiti kommersiya əsasları ilə (məsələn, istiqraz buraxmaqla) cəlb edəcək. Mövcud maliyyə alətləri üzrə faiz dərəcələrinin yüksəkliyi və onların cəlb edilən kreditə verilməsinin bagha başa gəlməsi Fondu, çox güman, çətin duruma salacaq. İstisna deyil ki, ucuz maliyyə vəsaiti cəlb etmək üçün Mərkəzi Bankın yardımına ehtiyac duyulsun. (ardı aşağıda)

Ev dəllalı: "Çoxu evini kredit borcuna görə satır"

Bu qaydaları AzadlıqRadiosuna dəyərləndirən əmlak məsələləri eksperti Rəşad Əliyevin fikrincə, sözügedən fərmanda kreditlərin verilmə qaydalarında bir sıra yeni detallar əksini tapıb:

“Burada… ipoteka kreditinin maksimum məbləği, ilkin ödəniş və kredit faizləri ilə bağlı məsələlər çözülüb”.

“Güzəştli ipotekada faizlər endirilə bilər”

Ekspert güzəştli ipotekada faizin endirilməsi imkanının olduğunu düşünür:

“Güzəştli ipoteka krediti dövlət büdcəsindən ayrılan, eləcə də dövlət zəmanətli istiqrazların emissiyasından əldə olunan vəsaitlər hesabına verilir. Dövlət büdcəsindən vəsaitlərin faizsiz verilməsi, sözsüz ki, güşəştli ipoteka kreditləri üzrə daha aşağı faizlərin tətbiqinə şərait yaradacaq… Yeniliklərə baxsaq, bir sıra şərtlərin əvvəlki tələblərə nisbətən yüngülləşdirildiyini görərik. Burada pozitiv məqamlar çoxdur”.

“Ən biabırçı yeni qayda – yaş həddidir”

R. Əlieyevin fikrincə, qaydalarda ən neqativ məqam - yaş həddinə tələblərdir: “Yeni qaydalarda ən biabırçı olanı yaş həddinin əksini tapmasıdır. Belə çıxır ki, 39-40 yaşlı ailə başçısı gedib 25 illik yox, ancaq 20 illik kredit ala biləcək”.

____________________________________________________________

Bunlara da bax:
Almaniya polisi kinoteatrdakı şübhəlini güllələyib
Lənkəran sakinləri: Əllərini Nizaminin heykəlindən çəksinlər

____________________________________________________________

İlkin ödəniş tələbi

İpotekaya üz tutanların əsas şikayətlərindən biri də ilkin ödənişlə bağlı idi. Yeni qaydalar da da ilkin ödəniş tələb edir.

İpoteka prosesində ortaya çıxan digər xərclər nəzərə alınarsa, əvvəlki maksimum məbləği - 50 min manatlıq krediti götürən vətəndaş təxminən 10-12 min manat ilkin ödənişi gözə almalıdır.

İlkin ödəniş məbləğinin artırılması, əsasən, bankların öz fəaliyyətini sığortalamaq cəhdindən qaynaqlanır. Nəticədə, yeni qurulan gənc və ya aztəminatlı ailələr bu qədər vəsaiti tapmağa çətinlik çəkir.

Çox güman, bu səbəblə prezident İlham Əliyev hələ 9 il öncə ilkin ödənişin ləğvi barədə tapşırıq vermişdi. İpoteka kreditlərinin verilmə mexanizminin təkmilləşdirilməsinə dair 23 yanvar 2007-ci il tarixli prezident fərmanında Nazirlər Kabinetinə ipoteka kreditləri üzrə ilkin ödənişə tələbin gələcəkdə aradan qaldırılması və kreditor risklərinin azaldılmasını təmin etmək üçün hüquqi şəxs statuslu qeyri-kommersiya təşkilatı kimi, İpoteka Kreditlərinin Zəmanət Fondunun qurulması tapşırılmışdı.

Müəllimlər də güzəştli ipotekadan yararlana biləcəklər

İqtisadçı ekspert Rəşad Həsənov yeni qaydaların cəmiyyətin aztəminatlı sosial qrupu sayılan müəllimlərə güzəştli ipotekadan istifadə hüququ verdiyinə diqqət çəkir və deyir:

“İpoteka kreditinin maksimum məbləği böyük ehtimalla əvvəlkindən 2 dəfə çox olacaq. Axı 7-ci zonada yaşayış sahəsinin 1 kvadratmetri, orta hesabla, min manatdan artıqdır və müşahidə şurası bu nisbətdə 100 kvadratmetrlik mənzilə təxminən 100 min manat müəyyənləşdirməlidir”.

İlkin ödənişin son həddi müəyyənləşib

Ekspertin sözlərinə görə, tələb olunan ilkin ödəniş məbləğinin tavanının müəyyənləşdirilməsi digər yenilikdir:

“Yeni qaydalara əsasən, adi ipotekaya 25 faizdən çox, güzəştli ipotekaya 15 faizlik maksimum ilkin ödəniş tələbi müəyyənləşdirilib. Halbuki, devalvasiyalardan sonra banklar 40-50 faiz civarında ilkin ödəniş tələb edirdi”.

“Faizlərlə bağlı məsələ hələ də açıq qalıb”

R.Həsənov faizlərlə bağlı məsələnin hələ də çözülmədiyini deyir:

“Bu səlahiyyət Müşahidə Şurasına verildi və ola bilsin ki, mövcud məzənnə riskləri nəzərə alınmaqla, ipoteka faizləri indi olduğundan daha yüksək müəyyənləşdirilsin”.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 23 iyun

Azərbaycan özünü keyfiyyətli, hamı üçün əlçatan qiymətə ərzaqla niyə təmin edə bilmir? Son beynəlxalq hesabatda Azərbaycan

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 23 iyun

Keçmiş bankirin xanımı növbəti qalmalqalda

Günün bütün mövzuları

XS
SM
MD
LG