Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:46

Prezident 200 milyon tapşırmışdı


2017-ci il dövlət büdcəsi layihəsində «Azərbaycan İpoteka Fondu» (AİF) ASC və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) hər birinə 50 milyon manat olmaqla, cəmi 100 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

Ekspertlərin artım gözləntisi olsa da, görünən odur ki, bu baş verməyəcək. İndi əsas sual odur ki, bu vəsait mənzil bazarının canlanmasına bəs edəcəkmi?

Azərbaycanda ipoteka kreditlərinin verilməsinə 2006-cı ildən başlanılıb. Təbii, yarandığı ilk günlərdə AİF-in maliyyə imkanları çox az idi. Belə ki, 2006-cı ildə fond əhaliyə yalnız dövlət büdcəsindən ayrılan 5.6 milyon manat vəsaiti təqdim edirdisə, hazırda AİF-in maliyyələşmə mənbələri daha çoxdur. Bunlara dövlət büdcəsindən ayrılan vəsaitlər, fondun yenidən maliyyələşdirməsi nəticəsində yaranan vəsaitlər və yerləşdirdiyi istiqrazlardan əldə edilənlər aiddir. Dövlət büdcəsindən AİF-ə ayrılan vəsaitin həcmi 2013 və 2014-cü illərdə 40 milyon, 2015 və 2016-cı illərdə isə 50 milyon manat olub.

Yeri gəlmişkən, hələ 1 il öncə, 2015-ci il iyulun 13-də prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında ipoteka kreditlərinə dövlət büdcəsindən 200 milyon manat ayrılması barədə göstəriş verib. Yəni, dövlət başçısı bu sahəyə daha çox vəsait ayrılmalı olmasına işarə vururdu. Amma bu dövrdə dövlət büdcəsindən AİF-ə, elan olunduğu kimi, 200 milyon manat deyil, 23.9 milyon manat ayrılıb.

Ekspertlər hesab edir ki, vəziyyətin vacibliyini nəzərə alaraq, ipoteka məqsədilə dövlət büdcəsinə ayrılan vəsaitlərin həcmi minimum 5 dəfə artırılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG