Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:32

Bugünlərdə gürcü şirkəti iPhone+ Apple-in rəsmi diler statusunu almaqla bağlı razılıq əldə edib. Bunun şərəfinə şirkət reklam çarxı da hazırlayıb. Bu çarxda başlıca personajlar əli avtomatlı terrorçu qruplaşmanın - “İŞİD”-in yaraqlılarıdır, onlar qışqıraraq ərəbcə şüarlar deyirlər. Reklam sosial şəbəkələrdə hiddətlə qarşılanıb, Gürcüstanın Kommunikasiya məsələləri üzrə milli komissiyası isə müəlliflərdən çarxı şəbəkədən yığışdırmağı tələb edib.

Amma şirkət bəyan edir ki, etik norma pozulmayıb və çarxı yığışdırmaqdan imtina edir.

Ekspertlərsə iPhone+ şirkətinin iflasın bir addımlığında olduğunu bildirirlər.

Noyabrın 19-da sosial şəbəkələrıə yerləşdirilən qalmaqallı çarx İPLUSİS-in loqotopinin “zastavka”sı ilə başlayır, bu da terror qruplaşması “İŞİD” (İSİS)-in adı kimi oxunur. Videosırada gürcücə titrlər yazılır – “yaraqlılar” xəbər verir ki, iPhone+ gələn ildən Apple-in rəsmi nümayəndəsi olacaq, buna görə də rəqiblər şirkətin gücündən ehtiyatlanmalıdırlar.

Georgia-iPhon videoklip

Georgia-iPhon videoklip

Müəlliflərin ideyası gözlədiklərinin tam tərsinə - əks effekt yaradıb.Təxribatçı çarx sosial şəbəkələrdə qəzəb fırtınası qoparıb. Kommunikasiya məsələləri üzrə milli komissiya çarxı sosial şəbəkədən yığışdırmağı tələb etsə də, sonradan qurumun mətbuat xidmətinin rəhbəri Hatiya Kurashvili düzəliş edib. Onun sözlərinə görə, komissiyanın çağırışı tövsiyə xarakterlidir.

“İnternet məkanda yerləşdirilən reklam çarxı komissiyanın nəzarət çevrəsindən çıxır. Ancaq klipin məzmunu etik normalar, xüsusən də reklam haqqında qanunun müddəlarını pozur. Ona görə də sözügedən çarxın təcili şəbəkədən yığışdırılması məsləhətdir” -deyə komissiyadan bildirilib.

Hərçənd iPhone+ şirkətindən bildiriblər ki, çarx etik normaları pozmur, sadəcə, istehzalı satiradır. Şirkətin nümayəndəsi Goga Tirkiyanin sözlərinə görə, klipi çəkmək üçün xüsusi oyuncaq avtomat və maskalar alınıb, mahiyyətinə görəsə reklam çarxı fransız jurnalı Charlie Hebdo-nun işinə yaxındır.

“Bu olsa-olsa terrorçulara qarşı adi satira idi. Çarxın konsepsiyası özünüifadə çərçivəsindən qırağa çıxmır və tam qanunauyğundur. Mən başa düşmürəm biz nəyə görə üzr istəməli və ya klipi ləğv etməliyik. Satirik nəşr olan Charlie Hebdo da kiminsə qəzəbinə səbəb olacaq, buna bənzər şarjları dəfələrlə dərc edib. Amma biz onları mühakimə etmədik və jurnalla həmrəyliyimizi bildirmişik, çünki ifadə azadlığı bizim üçün ən böyük prioritetdir”, - deyə şirkətdən bildirilib.

Təhlükəsizlik üzrə mütəxəssislər çarxı zarafat və ya satira kimi qəbul etmirlər.

Ekspert Khatuna Lagazidze

Khatuna Lagazidze

Khatuna Lagazidze

hesab edir ki, terror təhlükəsinin artması fonunda bu cür faktlar reaksiyasız qalmamalıdır. Ekspertin sözlərinə görə, reklam çarxında terrorçular birmənalı şəkildə nümayiş etdirilməsə də, onun məzmunu ilə ölkənin xüsusi xidmət orqanları məşğul olmalıdırlar, hətta bu reklam məqsədi ilə çəkilsə belə. “Bu cür məsələlər xüsusi xidmət orqanlarının ciddi nəzarəti altında araşdırılmalıdır”, - deyə ekspert deyir.

Phone+ şirkətinin Apple-in rəsmi nümayəndəsi kimi qalmaq üçün heç bir şansı yoxdur.

Marketinq üzrə mütəxəssis Nikoloz Tevdorosvvilinin fikrincəsə, çarxın məzmununun marketinq və reklama dəxli yoxdur, onun ancaq psixatriyaya dəxli var:

“Hesab edirəm ki, bu cür reklam şirkətin satışını heç edəcək. Düzdür, bu, onların işidir, bizneslərini necə qururlar özləri bilərlər. Hərçənd Parisdəki faciəvi hadisələrdən iki gün sonra “İŞİD”-in iştirakıyla klip yaymaq –hesab edirəm ki, bu, şirkət sahiblərinin Fransadakı hadisələrə münasibətinin əyani nümayişidir. Gürcüstanın antiterror koalisiyasının iştirakçısı olması və bizimkilərin bu mübarizədə qurbanlar verməsi fonunda bu, ikiqat təəssüf doğurur. Hesab edirəm ki, Apple şirkətinin məhsullarından, xidmətindən istifadə edən əhali bu mağazanı boykot etməlidir. Düşünürəm ki, iPhone+ şirkətinin məzmun baxımından qalmaqallı klipi yayıldıqdan sonra onun Apple-in rəsmi nümayəndəsi kimi qalmaq üçün heç bir şansı yoxdur”.

Apple şirkətinin gürcü dilerinin reklamına münasibəti hələlik bəlli deyil. Ancaq artıq sosial şəbəkələrdə iPhone+ şirkətindən Apple-in rəsmi nümayəndəsi statusunun alınması ilə bağlı imza toplanmasına başlanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG