Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:11

'Tik, idarə et, təhvil ver' rüsumdan azad olundu


Tikinti sahəsi
Tikinti sahəsi

Milli Məclisin oktyabrın 14-də keçirilən toplantısında “Tik, idarə et, təhvil ver” prinsipi ilə tikintiyə investisiyalar dövlət rüsumundan azad edib.

“Turan”ın xəbərinə görə, parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, bu yenilik “Dövlət rüsumu haqqında” Qanununda təklif olunan dəyişiklikdə nəzərdə tutulub.

Buna da bax:​ “Tik, idarə et, təhvil ver” qanunu keçdi

Qərar prezidentin bu il aprelin 21-də imzaladığı «Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında qanun»un tətbiqi haqqında fərmanına əsaslanır.

Fərmana əsasən, bu model əsasında müqavilələri bağlamaq, obyektlərin qəbulu və istismara verilməsi səlahiyyəti İqtisadiyyat Nazirliyinə verilib.

Sözügedən qanun investisiya layihələrinin “Tik, idarə et, təhvil ver” modelinə uyğun maliyyələşməsini nəzərdə tutur.

Buna da bax:​ Xeyir xəbər: Dövlətlə özəl sektor qucaqlaşa bilər

Bu modelin əsas mahiyyəti ondan ibarətdir ki, dövlət müqavilə əsasında infrastruktur obyektlərin tikintisini, onların maksimum 49 il müddətinə idarə edilməsini və gəlirləri investorlara təklif edir.

Bu müddət bitdikdən sonra, həmin obyektlər əvəzsiz qaydada dövlətə təhvil verilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG