Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:03

Oktyabrın 18-də Sumqayıt şəhər Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, insan haqları üzrə vəkil İntiqam Əliyevin ölkədən çıxışına icazə verilməsi barədə ərizəsinə baxılıb.

Hüquq müdafiəçisi bir neçə beynəlxalq tədbirdə iştirakı ilə əlaqədar oktyabrın 11-dən noyabrın 30-na qədər olan dövrdə ölkədən çıxışına qoyulan qadağanın götürülməsinı istəmişdi.

Bu işə baxılması bir dəfə oktyabrın 6-da, ikinci dəfə isə oktyabrın 10-da olmaqla, iki dəfə təxirə salınmışdı. Birinci dəfə prokurorun iş materialları ilə tanış olmaması, ikinci dəfə isə icra şöbəsindən arayış gəlməməsi səbəb göstərilmişdi.

Buna da bax:​ 'Hüquq Maarifçiliyi Cəmiyyəti'nin məhkəməsi başlayır

Bugünkü məhkəmə iclasında isə İntiqam Əliyevin müraciətinin rədd edilməsi barədə qərar elan edib. Hakim Elman Məmmədov qərarını belə əsaslandırıb ki, nə Cinayət-Prosessual Məcəllədə, nə də Cəzaların İcrası Məcəlləsində şərti azadlıqdan məhrum olunan şəxslərin ölkədən çıxışına icazə verilməsini nəzərdə tutan norma yoxdur.

Xatırladaq ki, İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. Hüquq müdafiəçisi 2015-ci ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də bu hökmü qüvvədə saxlayıb. Amma Ali Məhkəmənin bu qərarından cəmi bir ay sonra – 2016-cı ilin martında Baş Prokuror Zakir Qaralov Ali Məhkəməyə əlavə kassasiya qaydasında protest verib və onun əsasında Ali Məhkəmənin Plenumu işə yenidən baxaraq, martın 28-də İntiqam Əliyevin beş il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılmasına qərar verib.

Buna da bax:​ Azərbaycanın hüquq müdafiəçiləri Yaqlanda müraciət etdi

İntiqam Əliyev bu ilin iyununda Avropa Şurasının 6-7 iyun 2016-cı ildə Strasburqda təşkil etdiyi beynəlxalq konfransa dəvət almışdı. Avropa Şurası rəhbərliyinin Azərbaycan hökumətinə müraciətindən sonra Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə hüquq müdafiəçisinin 10 gün müddətinə ölkədən çıxışına icazə verilmişdi. İntiqam Əliyev həmin konfransda ölkədə siyasi məhbuslar, vətəndaş cəmiyyətinə təzyiqlər mövzusunda çıxış etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG