Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:47

İntiqam Əliyevin şikayəti təmin olunmadı


İntiqam Əliyev
İntiqam Əliyev

-

Fevralın 24-də Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə hüquq müdafiəçisi İntiqam Əliyevin kassasiya şikayətinə baxılıb. Şikayət təmin olunmayıb.

Vəkil Cavad Cavadov bildirib ki, Ali Məhkəmənin qərarını alan kimi Avropa Məhkəməsinə müraciət edəcək.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. 2015-ci il aprelin 22-də vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi 2015-ci il iyulun 21-də İntiqam Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayətini təmin etməyib.

Xatırladaq ki, 2015-ci ildə İntiqam Əliyevin ilkin həbsinin qanunsuz olması və işgəncəyə məruz qalması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edilib. Bu şikayət üzrə kommunikasiya artıq başa çatıb.

«Amnesty International» təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.

XS
SM
MD
LG