Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:20

Noyabrın 29-da ölkə ərazisində 4 intihar olayının baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, Masallı rayonunun Təzəkənd kənd sakini 42 yaşlı Günəş Məcidovanın yaşadığı evdə asılmış meyiti aşkarlanıb. Olayın səbəbi açıqlanmır.

Digər intihar olaylarının Bakıda baş verdiyi deyilir.

Nizami rayonunda 1938-ci il təvəllüdlü Vəli Vəliyevin sirkə turşusu içərək özünü öldürdüyü bildirilir.

Buna da bax:​ "İntiharların əsas səbəblərindən biri sosial gərginlikdir"

Onu təcilli xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Səbail rayonunda isə 23 yaşlı Samid Şirvanovun canına qıydığı bildirilir. Bu olayın da səbəbi bilinmir.

Xətai rayonunun Cavanşir küçəsi ev 21, mənzil 96 ünvanında yaşayan 70 yaşlı Zakir Əliyevin isə damarlarını doğrayaraq intihar etdiyi deyilir.

Hadisələrin baş verdiyi rayonların prokurorluq qurumları araşdırma aparırlar.

Buna da bax: Yeniyetmə intiharlarına səbəb nədir?

Son illər Azərbaycanda intihar hallarının artdığı bildirilir. Müstəqil ekspertlər bu olayların əsil səbəblərinin araşdırılmasından ötrü müstəqil mərkəzin yaradılmasını təklif edirlər. Onlar hesab edirlər ki, hakimiyyət orqanları intiharların gerçək səbəblərini ictimaiyyətdən gizlədirlər.

Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, bu ilin 9 ayında ölkədə 500 intihar olayı baş verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG