Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

Noyabrın 21-22-də ölkə ərazisində 6 intihar hadisəsinin baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, noyabrın 21-də Lənkəranda 46 yaşlı kişi özünə qəsd edib.

Lənkəran rayon Prokurorluğunun bilgisində deyilir ki, hadisə rayonun Sütəmirdov kəndində baş verib. 46 yaşlı kənd sakini İqbal Əliyev yaşadığı evdə özünü asıb.

Digər intihar olaylarının noyabrın 22-də baş verdiyi bildirilir.

Buna da bax:​ 9 ayda 500 nəfər intihar edib

Şirvan şəhər sakini, 25 yaşlı Ülvi Mirzəyev yaşadığı evin hamamında özünü asıb.

51 yaşlı Sumqayıt sakini Rauf Cəfərov isə məktəblərdən birinin həyətində özünü idman qurğusundan asıb. Onun külli miqdarda borcu olması səbəbindən intihar etdiyi deyilir.

Bakıda isə Biləcəri qəsəbə sakini, 65 yaşlı Azelman Mirzəyevanın intihar etdiyi deyilir. Binəqədi prokurorluğunun bilgisinə görə, o, yaşadığı evin çardağında özünü asıb.

Buna da bax: Qadın intiharları çoxalıb

Daha bir intihar olayı isə Nizami rayonunda baş verib. 1996-cı il təvəllüdlü Toğrul Rzayev yaşadığı mənzilin pəncərəsindən - 8-ci mərtəbədən özünü atıb. Onun yerindəcə keçindiyi bildirilir.

Bir müddət əvvəl beyin iflici keçirən gəncin ağrılara dözmədiyindən intihar etdiyi ehtimal olunur.

Nərimanov rayonunda isə 14 yaşlı məktəbli intihar edib. Sara Sadıqlının özünü binanın 10-cu mərtəbəsindən atdığı bildirilir.

Buna da bax: "İntiharların əsas səbəblərindən biri sosial gərginlikdir"

Xatırlatma

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov "Report"un sorğusuna cavab olaraq bildirib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG