Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:15

Oktyabrın 3-ü və 4-də ölkə ərazisində 4 intihar olayının baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, Bakıda 3 intihar olayı baş verib.

Oktyabrın 3-də Yasamal rayonu, Landau küçəsi 536 ünvanda yaşayan 52 yaşlı Arif Quliyevin canına qıydığı bildirilir. Onun mənzildə asılmış meyiti aşkarlanıb.

A.Quliyevin “Səbət” Marketlər Şəbəkəsinin marketlərindən birində direktor müavini vəzifəsində çalışdığı bildirilir. Ancaq olayın səbəbi, hələlik, açıqlanmır.

Elə həmin gün axşam saatlarında Sabunçu rayonunda daha bir intihar olayı yaşandığı qeyd edilir. Bakıxanov qəsəbə sakini, 1956-cı il təvəllüdlü Zəlimxan Bünyadovun yaşadığı evdə ov tüfəngi ilə özünü vurduğu bildirilir. Z. Bünyadov sahibkarlıqla məşğul olurmuş. Bu olayın da səbəbi, hələlik, açıqlanmayıb.

Oktyabrın 4-də isə Bərdə rayonunda 25 yaşlı qadının intihar etdiyi deyilir. Olay rayonun Qaradəmirçi kəndində qeydə alınıb. Qonşuları Ağdam rayon sakini Gülnar Quliyevanı yaşadığı evdə ölmüş vəziyyətdə tapıblar.

Daha bir intihar hadisəsinin Hacıqabulda baş verdiyi bildirilir. 29 yaşlı rayon sakini Xəyyam Babayevin cəsədi yaşadığı evdə asılmış vəziyyətdə aşkarlanıb. Bu olayların səbəbləri ilə də bağlı indilikdə açıqlama verilmir. Ancaq araşdırmaların davam etdiyi bildirilir.

Son illər ölkədə hər gün intihar olayları ilə bağlı xəbərlər yayılır. Ekspertlər intiharların səbəblərinin real araşdırılmasından ötrü ayrıca mərkəzin yaradılmasını təklif edirlər. KİV-lərdə dərc edilən araşdırmalarda intiharlara başlıca səbəb kimi maddi problemlər və insanların hüquqsuzluqları göstərilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG