Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:15

-

"Bakı sakini Rəsmiyyə Yusubova intihara əl atıb."

Bunu AzadlıqRadiosuna bildirən vəkili İradə Cavadova iddia edir ki, o, dövlət orqanlarının haqsızlığına görə özünə qəsd edib.

Vəkilin sözlərinə görə, özünü öldürmək üçün 50-yə qədər həb qəbul edən Rəsmiyyə Yusubova hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində reanimasiyadadır, vəziyyətinin ağır olduğu bildirilir.

Vəkilin sözlərinə görə, "xüsusən Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin çıxardığı qərar şikayətçinin səbir kasasını daşırıb".

GƏNC YAŞINDA ANA OLMAQ ŞANSINI İTİRİB

Rəsmiyyə Yusubova qızı Könülün üzərində cərrahiyyə əməliyyatı aparmış həkimin cəzalandırılmasını tələb edir. Vəkil bildirir ki, həmin əməliyyatdan sonra Könül Verdiyeva gənc yaşında ana olmaq şansını itirib, səhhətində çox ciddi problem yaranıb.

Rəsmiyyə Yusubova ərizə ilə Yasamal rayon Prokurorluğuna müraciət edərək, paytaxtdakı tibb mərkəzlərindən birində həkim işləyən Nigar Abdullayevanın cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

Əvvəlcə cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar qəbul olunub. Bu qərardan Bakı Şəhər Prokurorluğuna şikayət veriləndən sonra qərar ləğv edilib və adıçəkilən həkimin barəsində CM-nin 314.1-ci (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

Sonradan Yasamal rayon prokurorluğunun müstəntiqi Cahangir Şükürov keçən il avqustun 26-da Nigar Abdullayeva barəsindəki cinayət işinə işinə xitam verilməsi barədə qərar qəbul edib. Qərarda göstərilib ki, həkimin səhlənkarlığı, işə vicdansız və ya laqeyd münasibəti, öz xidməti vəzifəsini yerinə yetirməməsi haqda iddialar əsassızdır.

Buna da bax: Avstriyalı atletlərin avtobusla vurulması işi məhkəmədə

NƏTİCƏ DƏYİŞMƏYİB

Rəsmiyyə Yusubova bununla əlaqədar Yasamal Rayon Prokurorluğuna, Bakı Şəhər Prokurorluğuna, Baş prokurora şikayət ərizələri göndərsə də, nəticə dəyişməyib.

Belə olan halda, o, cinayət işi üzrə icraata xitam verilməsi qərarının ləğvi üçün məhkəməyə üz tutub. Lakin bir neçə gün əvvəl Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyev iddianın təmin olunmaması barədə qətnamə çıxarıb.

İddiaçının vəkili qətnamədən apellyasiya şikayəti verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG