Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:11

-

2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 110 qadının və 28 uşağın intihar etdiyi bildirilir.

Xəbəri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istinadən APA Agentliyi yayıb.

Ancaq intiharların səbəbi açıqlanmayıb.

Elə avqustun 25-də Hacıqabulda iki uşaq anasının intihar etdiyi bildirilirdi.

APA-nın xəbərinə görə, Hacıqabul rayonunu Abdulabad kənd sakini 23 yaşlı Gülgəz Səfər qızı Moqilovanın yaşadığı evdə asılmış meyiti aşkarlanıb.

Olayın səbəbi açıqlanmırdı.

Buna da bax: “İntiharların səbəbi öyrənilməlidi”

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.

Bundan başqa Göyçay rayonunda da intihara cəhd hadisəsi baş verdiyi söylənirdi.

Rayonun Hacalıkənd kəndində 18 yaşlı N.H-nın sirkə turşusu içərək intihara cəhd etdiyi deyilirdi. O, ağır vəziyyətdə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

N. H ikinci kurs tələbəsidir. .

Faktla bağlı Göyçay rayon Prokurorluğu araşdırma aparır.

Azərbaycanda intiharların səbəbləri bir çox hallarda ictimaiyyətə açıqlanmır. Ancaq jurnalist araşdırmalarına görə, Azərbaycanda qadınlad daha çox hüquqsuzluq və maddi problemlər üzündən canlarına qıyırlar.

Buna da bax: Bəs Qərb hökumətləri intiharları necə önləyir?

Şərhləri göstər

XS
SM
MD
LG