Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:25

►3-ü paytaxtda baş verib

İyunun 3-də Cəlilabad rayonunda intihar hadisəsinin baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, Cəlilabad şəhərinin Azərbaycan küçəsində yaşayan 17 yaşlı Səbinə Ümidvar qızı Quliyevanın evlərinin birinci mərtəbəsində ipdən asılmiş meyiti aşkarlanıb. Hadisənin səbəbi, hələlik, açıqlanmır.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, araşdırma aparılır.

İyunun 3-də Bakıda da 3 intihar hadisəsinin baş verdiyi bildirilirdi.

Qaradağ rayon Qobustan qəsəbə sakini 21 yaşlı Rasim Muradovun məktəbin sinif otağında asılmış meyiti aşkarlanmışdı. Gəncin özünü asdığı güman edilirdi.

Bundan başqa Nərimanov rayonunda 48 yaşlı Səidə Ağayevanın intihar etdiyi deyilirdi.

Daha bir intihar olayının Yasamal rayonunda baş verdiyi bildirilirdi. Hüseyn Cavid prospektində yaşayan 67 yaşlı Rusiya vətəndaşı Nina Muradova-nın özünü 5-ci mərtəbədən atdığı qeyd edilirdi.

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı bildirilir.

Buna da bax: "Əsgər intiharlarının səbəbi zorakılıqdır"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG